Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / KƏRƏM HƏSƏNOVLA CƏLİLABADIN İCRA BAŞÇISINA SƏRT İTTİHAM:  “Villanı göstərsinlər, onları Əzizə və onun şəriki  Kərəmə hədiyyə edəcəm»

KƏRƏM HƏSƏNOVLA CƏLİLABADIN İCRA BAŞÇISINA SƏRT İTTİHAM:  “Villanı göstərsinlər, onları Əzizə və onun şəriki  Kərəmə hədiyyə edəcəm»

“Siz araşdırın görəcəksiniz ki, Əziz Əzizovun, Kərəm Həsənovun nələri var»

Artıq bir müddətdir mətbuatda Cəlilabad rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Asif Əzizovla bağlı çeşidli informasiya yayılmaqdadır. Politika.Az xəbər verir ki, sabiq müavinlə bağlı irəli sürülən ittihamlar sırasında onun külli miqdarda rüşvət alması, ADP-çi olması, bahalı maşınlar sürməsi və sairləri xüsusi olaraq diqqət mərkəzinə gətirilir.

Ötən gün məsələləri aydınlaşdırmaq məqsədi ilə Asfi Əzizovla əlaqə saxlamağa çalışdıq. Lakin onun telefonunu qardaşı götürdüyündən açıqlamanı da o verəcəyini vurğuladı. Asif Əzizovun qardaşının açıqlaması isə kifayət qədər sərt olduğundan bunun qalmaqala səbəb olacağı da istisna deyil.

Sabiq müavinin qardaşı bildirir ki, mətbuatda gedən yazıları icra başçısı Əziz Əzizov yazdırır. Onun sözlərinə görə, problemin kökündə də Kərəm Həsənovla aralarında yaranmış münaqişəli vəziyyətdir.

«Komitə sədri Kərəm Həsənov rayonda məmurların içində mənim qardaşımı təhqir etdi. QQardaşım da dərhal onun cavabı verib və aralarında mübahisə olub. Bundan sonra qardaşım Asif ərizəsini yazaraq, işdən çıxdı. Sonra da bir müddət Rusiyada yaşadı. Bir qədər əvvəl Azərbaycana qayıdıb. Bir sözlə, Asif başını aşağı salıb, həyatını yaşayır».

Müsahibimiz daha sonra bildirir ki, kimlərsə son dövrlər Əziz Əzizovdan, Cəlilabadda baş verənlərdən tənqid yazırlar. Əzizovun qardaşı vurğulayır ki, icra başçısı da bundan narahat olaraq, günahkar axtarışlarına başlayıb:

 «Əziz Əzizov Kərəm Həsənovla razılığa gələrək, Asif haqqında mətbuatda yazı yazdırmağa başlayıb. Yazırlar ki, guya, qardaşım ADP-çi olub, bahalı villaları var, bahalı maşınlar sürür. Əvvəla, Asif 30 il dövlət orqanlarında işləyib. Özü də yüksək vəzifələrdə, Onun ADP-çi olması bağlı yayılmış məlumat ağ yalandır. Adama deyərlər ki, sən necə icra başçısısına ki, özünə götürdüyün birinci müavinin ADP-çi olub? Sən dövlətə belə xidmət edirsən? Nə oldu, indii yadınıza düşdü ki, Asif müxalifətçi olub? Bəs, bu zamana qədər niyə bu barədə danışmırdınız? Ayıb deyil? Haradadır o villa? Hardadır o maşın? Həmin maşını, villanı göstərsinlər, onları Əzizə, şəriki olan Kərəmə hədiyyə edəcəm».

Asif Əzizovun qardaşı mətbuat vasitəsi ilə Cəlilabadın icra başçısı Əziz Əzizova səslənib. «Burdan Əzizə səslənirəm. Qurtarın bu kampaniyanı. Sən icra başçısısına, yoxsa təxribatçı? Əgər sən icra başçısısınsa, get əhalinin problemləri ilə məşğul olub. Prezidentin verdiyi tapşırıq və tövsiyyələri yerinə yetir. Cəlilabadlılara xidmətçiliyini elə. Bir sözlə, vəzifəni elə icra elə ki, kimsə xırda problemə görə, gəlib İcra Hakimiyyətinin qarşısında özünü doğramasın, ƏSMM-in qarşısında aksiya keçirməsin. Asif Cəlilabadda hörmət qazanmış adamdır, hamı da onu çox istəyir. O işlədiyi müddətdə hamıya köməklik edib. Hətta bu gün işdən çıxsa belə, yenə çox adam onun hesabına dolanır. Necə? İzahını verim. Əziz Əzizov Cəlilabadda təxribatla məşğuldur. Hər gün bir neçə adamı yanına çağırıb, tapşırır ki, Asifi pislə. Ehtiyac içində olan kasıblar da Asifi pisləyirlər. Bunun əvəzində Əzizdən nəsə alırlar. İnanın bu belədir. Asifi pisləyənlər ya çörəyindən, ya da vəzifəsindən olacaqlarından qorxduqları üçün bu addımı atırlar. Məsələ budur ki, Asifi pisləyənləri danışdırıb, telefonamı və ya ucuz kameraya çəkdirib, qoyurlar youtube-yə. Bu siyasətdir? Bu idarəçilikdir? Cənab Prezidentin dediyi kimi, get öz işinlə məşğul ola, xalqına xidmətlə öyün. Əgər Asif bu dövlətə, Cəlilabadlılara hər hansı bir xəyanət edibsə, onun məsuliyyətini Əzizin daşıdığını unudur. Qaldı, villaya, bahalı maşina, inşallah, siz araşdırın görəcəksiniz ki, Əziz Əzizovun, Kərəm Həsənovun nələri var».

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın