Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət /  İş adamından sensasion iddia : ” SOCAR-la çalışan bir firma Aslan İsmayılova  maliyyə yardımı edir”

 İş adamından sensasion iddia : ” SOCAR-la çalışan bir firma Aslan İsmayılova  maliyyə yardımı edir”

13 mart tarixində “Xəmsə” MMC-nin direktoru Mürvət Həsənli  “Xəmsə Club”da media mənsubları qarşısında  mətbuat konfransı keçirdi. İş adamı bildirib ki, konfransı keçirməkdə başlıca məqsədi Türkiyəli iş adamı, “Emre Piliç” şirkətinin direktoru Ömür Oral və onun nümayəndəsi, hüquqşünas Aslan İsmayılovun 10 mart tarixdə keçirdikləri mətbuat konfransında ünvanına səsləndirdikləri ittihamları cavablandırmaqdır. Keçirilən konfrans barədə mediada geniş məlumat verilib. Azinforum.az Mürvət Həsənli tərəfindən  səsləndirilən həmin maraqlı detal ətrafında araşdırma aparmaq qərarına gəlib.  İş adamı hazırda onunla mübarizə aparan Aslan İsmayılovun maliyyə qaynağı haqda sensasion açıqlama verib və Aslan İsmayılova maliyyələşməsində SOCAR-ın rolunun olduğunu qeyd edib:

“ Aslan deyir ki, dənizdə neftçilərin həlak olması korrupsiya ilə bağlıdır. Hansısa dəirələrin təmirə ayırdığı pullar zamanında çatdırılmayıb. O pullar sənə çatır da! Mən bilirəm axı sənin arxanda Neft Şirkətində çalışan kim durur! O pulu sənə çatdırırlar! Mən bilirəm sənə kim pul verir.  SOCAR-la çalışan bir firma Aslan İsmayılova  maliyyə yardım edir. Telefon danışıqları araşdırılmalıdır. Bu ittihamın arxasında dururam. Qoy dövlət görsün ki, Aslanı danışdıran, arxasında duran kimdir. Tam dəqiqləşdirmə aparılandan sonra mən bunu açıqlayacağam”.

Mürvət Həsənli SOCAR-la sıx əlaqəli olan həmin adamın adını hələ ki,  çəkməyib. Qeyd edək ki, SOCAR-la çalışan bütün firmaların vasitəsilə  külli miqdarda pul dövr edir. Radikal müxalif mövqeli bir şəxsin həmin dairə tərəfindən maliyyələşməsi faktı təsdiqini taparsa, bu heç də nəzərdə tutulan şəxs üçün yaxşı gələcək  vəd etməyəcək. Mürvət Həsənli isə yaxın vaxtlarda həmin adamın kimliyini açıqlayacağını bildirib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

R. ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın