Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nurlana Əliyeva müəllimlərin maaşlarını vermir…

Nurlana Əliyeva müəllimlərin maaşlarını vermir…

Bakı Slavyan Üniversitetində çalışan müəllimlərin fevral ayı üçün  maaşları hələ də verilməyib.  Azinforum.az-a daxil olan məlumatda bildirilir ki,  bu səbəbdən də, bugünkü bayramı müəllimlər məvacibsiz qeyd etməli olacaqlar. Sözügedən məsələ ilə bağlı saytımıza açıqlama verən mənbənin bildirdiyinə  görə, müəllimlərin narazılığına baxmayaraq, rektor Nurlana Əliyeva heç bir  əhəmiyyət vermir:

“Artıq neçənci dəfədir ki, maaşlar gecikdirilir. Nurlana Əliyeva BSU-ya rektor təyin olunandan sonra bənzər hallar adiləşib. Gah məvacibləri kəsirlər, gah da maaşları gec verirlər. Universitetdə süpürgəçidən tutmuş, digər texniki işçilərin maaşları verilib. Ancaq bundan fərqli olaraq, pedaqoji işlə məşğul olan  müəllimlərin fevral məvacibi hələ də verilməyib. Rektor özünü işləyən kimi  göstərmək üçün gündə bir tədbir keçirir. Bu kimə və nəyə lazımdır?”.

Mənbənin verdiyi açıqlamadan o da məlum oldu ki, ötən il binanın təmiri zamanı dağıdılan mozaika üzlüyü yenidən bərpa olunur: “Keçən il BSU binasının üzlüyündə olan mozaika tam söküldü. Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin portretləri olan mozaikanın sökülməsi içtimayətdə yaxşı qarşılanmadı. Universitetinin binasını bəzəyən mozaikanın taleyi sosial şəbəkələrdə uzun müddət müzakirələrə səbəb oldu. İctimai etiraza baxmayaraq, Azərbaycanın Əməkdar rəssamı Elmaz Hüzeynovun 1972-ci ildən binanın fasadını bəzəyən əsəri tamamən məhv edildi. İndi yenidən həmin mozaikanı bərpa etmək istəyirlər. Belə idisə, onda mozaikanı dağıtmaq nəyə lazım idi?!”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq. 

VİDADİ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın