Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İCRA BAŞÇISI RAQUB MƏMMƏDOVUN LEKSİKONU – “MƏLƏDƏCƏM”, “ANASINI AĞLADACAM” (VİDEO)

İCRA BAŞÇISI RAQUB MƏMMƏDOVUN LEKSİKONU – “MƏLƏDƏCƏM”, “ANASINI AĞLADACAM” (VİDEO)

Xəbər verdiyimiz kimi, Ağdam rayon Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalovun Ağdam rayonundan məcburi köçkün olan vətəndaşdan övladına doğum haqqında şəhadətnamə almaq üçün 50 manat rüşvət alması ilə bağlı əməkdaşımız tərəfindən lentə alınaraq həmin video görüntüdən götürülən foto şəkillər tərəfimizdən ictimailəşdirildi.

Qeyd edək ki, Z.Zeynalovun rüşvət almasını və xoruz döyüşdürməsini əks etdirən video çəkiliş hazırda texniki səbəblərdən hazır olmadığı üçün onu sabah yerləşdirməyi məqsədəuyğun bildik. Bu gün isə bəhs etdiyimiz mövzu ilə əlaqədar olaraq əməkdaşımız tərəfindən telefon vasitəsilə münasibət öyrəndiyimiz Ağdam RİH-nin başçısı Raqub Məmmədovun fikrirlərini video roliklə diqqətinizə çatdırırıq.

Yəqin ki, ölkə rəhbərliyi adi  danışıq  qaydalarını bilməyən bu şəxs barəsində lazımi ölçü götürəcək. Çünki bu rüsvayçılıqdır. Bir rayonun icra hakimiyyətinin başçısı tabeçiliyindəki dövlət məmurunun ünvanına “onun anasını ağladacam, onu mələdəcəm” kimi ifadələr işlətməsi hesab edirik ki, Cənab Prezidentimiz İlham Əliyev siyasətinə zidd olmaqla, bu hakimiyyətdə təmsil olunması sadəcə utanc duyucu bir faktdır.(azerpress)

https://www.youtube.com/watch?v=hItNuYS5_kI

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın