Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Hacı Şahin: “Kütləvi şəkildə iftar süfrələri təşkil etmək yolverilməzdir”

Hacı Şahin: “Kütləvi şəkildə iftar süfrələri təşkil etmək yolverilməzdir”

Bəzi iddialara görə koronavirus təhlükəsi, karantin rejiminin tətbiqilə oruc tutanların sayında azalma var.
Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bu iddialarla razılaşmayıb. O qeyd edib ki, bu, sadəcə iddia ola bilər:
“Bizə edilən müraciətlər, verilən suallar bunun əksini deyir. Doğrudur, oruc tutanların dəqiq statistikasını aparmaq mümkün deyil. Amma virusa, karantinə görə oruc tutanların sayının ötən illərlə müqayisədə azaldığını  demək də doğru deyil. Ümumiyyətlə mən özüm ətrafdakı insanlardan oruc tutanların sayının azaldığını müşahidə etməmişəm”. 
QMİ rəsmisi həmçinin karantin dövründə oruc tutanlara tövsiyələrini verib:  
“İnsanlar karantin qaydalarına riayət eməlidirlər. İftarlarını öz evlərində, öz ailələrilə açmalıdırlar. Kütləvi şəkildə toplaşmaq, iftar süfrələri təşkil etmək yolverilməzdir. Dini ayinlərin hər biri fərdi evlərdə fərdi şəkildə icra olunmalıdır”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …