Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Gündəlik-Bakı” qəzeti və saytı fəaliyyətini davam etdirir – FOTO

“Gündəlik-Bakı” qəzeti və saytı fəaliyyətini davam etdirir – FOTO

Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində iki gündəlik qəzetin baş redaktoru saxlanılaraq istintaqa cəlb olunub. Qurumun yaydığı rəsmi məlumatda bildirilir  ki, “Bizim dövr” və “Gündəlik-Bakı” qəzetlərinin baş redaktorları – Surxay Əliyev və Habil Vəliyev, eləcə də, onlarla birlikdə həbs edilən digər şəxslər bir sıra cinayətlərin edilməsində təqsirli bilinirlər.

 

g1

 

Azinforum.az  baş redaktorları həbs edilən KİV-lərin hazırda fəaliyyətilə maraqlanıb. Məlum olub ki,  “Bizim Dövr” qəzeti nəşrini tam dayandırıb,  qəzetin eyniadlı saytı isə yenilənmir. “Gündəlik -Bakı” qəzeti isə bu gün çapdan çıxıb. Qəzetin kimin rəhbərliyi altında fəaliyyət göstərdiyi qeyd olunmayıb, yalnız Habil Vəliyevin adı təsisçi kimi göstərilib. Qəzetin adını daşıyan eyniadlı sayt isə operativ şəkildə yenilənir. Fərq bundadır ki, “Gündəlik-Bakı” saytından bütün “tənqidi” yazılar yığışdırılıb, saytın manşetinə ölkə rəhbərinin bir neçə şəkili qoyulan informasiyalar yerləşdirilib.

Çinarə SEYİDOVA

Azinforum.az

 

g4

g3

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın