Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Fərhad Əliyevə Azərbaycanda vəzifə verilib? –Açıqlama

Fərhad Əliyevə Azərbaycanda vəzifə verilib? –Açıqlama

Bir neçə gün əvvəl mediada sabiq nazir Fərhad Əliyevin Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı dərc olunan xəbərə rəsmi reaksiya verilib.

STP-nin mətbuat xidmətindən qaynarinfo-ya daxil olan məlumata görə, mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir: “Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanıb”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …