Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Şirin vədlər və xaricdə iş elanları –  VİDEO

Şirin vədlər və xaricdə iş elanları –  VİDEO

Xaricdə iş elanlarına aldananların əksəriyyəti internet, xüsusilə də sosial şəbəkələrin istifadəçiləridir. Çünki son vaxtlar bu elanlar saytlar vasitəsilə və ya sosial şəbəkələrdə reklam kimi geniş yayılıb.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, texnologiyanın inkişafı bu sahədə dələduzluğu da artırıb.

Ekspert deyir ki, bu məsələdə diqqət çəkən məqam elandakı şirnikləndirici məbləğdir. Yəni, vəd olunan yüksək əmək haqqı.

Belə elanları yerləşdirənlərin bəziləri ilə əlaqə saxladıq.

Ekspert Sahib Məmmədov tövsiyə edir ki, aldanmamaq üçün belə elanlarla rastlaşarkən ilk növbədə internetdə kiçik bir araşdırma aparılmalıdır. Şübhəli qaldığınız məqamlar olarsa və ya bu yolla sizə müəyyən məbləğ ödədib işlə təmin etməzlərsə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının “qaynar xətt”inə məlumat verməlisiniz. Amma əgər aldanıb ölkəni tərk etmisinizsə, bu zaman da müəyyən orqanlara müraciət edərək, yarı yoldan dönmək şansınız var.

Məlumatda isə mövcud ünvan mütləq qeyd edilməlidir. Bu, həm də xarici ölkələrdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün çox vacibdir. Əks təqdirdə belə insanlar üçün heç biri qurum məsuliyyət daşımır.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …