Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Eldar Sabiroğlunun səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılıb

Eldar Sabiroğlunun səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılıb

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o təcili Türkiyəyə aparılıb.

Bu barədə məlumatı oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov verib. Onun sözlərinə görə, atasının vəziyyəti kritikdi.

R.Səfərov atasının səhhətinin qəfildən pisləşməsinə səbəb kimi bunları deyib:

Həbsdə məruz qaldığım heyvani münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi…
Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm… Zatən əlimizdən başqa heç nə gəlmir”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …