Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudov 2 milyard dolları Akif Çovdarovun qohumunun bankı vasitəsi ilə leqallaşdırıbmış

Eldar Mahmudov 2 milyard dolları Akif Çovdarovun qohumunun bankı vasitəsi ilə leqallaşdırıbmış

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən və kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanovun vəzifəsindən kənarlaşdırılmasından sonra, onun qudası “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovun başı üzərində qara buludlar dolaşmağa başlayıb.

Bu barədə Avropa.info-ya məlumat verən mənbə bildirib ki, Akif Çovdarovun Eldar Mahmudova məxsus çirkli pullarının leqallaşdırdığı banklarla bağlı Baş Prokurorluğun Antikorrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti istintaqa təqdim etmək üçün artıq faktların toplanmasını yekunlaşdırmaq üzrədirlər.

Keçmiş MTN rəsmiləri ilə bağlı başlanmış istintaqda qara buludlar artıq “Dəmirbank”ın başı üzərindədir.

Mənbə onu da qeyd edib ki, Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərova qanunsuz bank əməliyyatları barədə bütün sənədləri, həmçinin vacib informasiyaları artıq noyabrın 9-da hüquq-mühafizə orqanlarına təqdim ediblər: “”Dəmirbank”da bir çox yüksəkvəzifəli şəxslər Roman Əmircanova qarşı çıxa bilmirdilər. Akif Çovdarov faktoru onların qarşısını kəsirdi. Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında kömək edib, külli miqdarda maliyyə vəsaitlərini Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib. Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib. Bu isə “Dəmirbank” İdarə Heyətinin sədrinin fantastik dərəcədə varlanmasına gətirib çıxarıb. Nəticədə isə Roman Əmircanov eyni zamanda “Dəmirbank”ın səhmlərinin 20 faizinə sahib olub. Akif Çovdarov həbs edildikdən sonra isə “Dəmirbank”da Roman Əmircanovun qanunsuz əməlləri barədə Antikorrupsiya İdarəsinə informasiya ötürüb”.

Mənbə həmçinin bildirib ki, Akif Çovdarov Roman Əmircanov vasitəsiylə 2 milyard dollara yaxın maliyyə vəsaitini leqalalşdırıb. Qeyd edilib ki, pulun bir hissəsi offşor bölgələrdəki anonim hesablara köçürülüb.

Qeyd edək ki, Roman Dünyamalı oğlu Əmircanov 2 oktyabr 1963-cü ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və statistika fakültəsini bitirib. 1991-cı ildən “DəmirBank”da İdarə Heyəti Sədrinin müavini, 1994-cü ildən isə DəmirBankın (Azərdəmiryolbankın) İdarə Heyətinin Sədri vəzifəsini tutub.

Akif Çovdarov isə Marneuli rayonun Gorarxı kəndində doğulub. Roman Əmircanovun əmisi oğlu MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov Akif Çovdarovun qızı ilə ailə qurub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın