Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Davudoğlunun erməni müşaviri işindən çıxarıldı

Davudoğlunun erməni müşaviri işindən çıxarıldı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan tutduğu vəzifədən azad edilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, E.Mahçupyan yaş həddi ilə əlaqədar olaraq, vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda Mahçupyan bu məsələ ilə bağlı “Hurriyet”ə danışıb. O, bildirib ki, onu yaş həddinə görə işdən kənarlaşdırıblar: “Bu mərhələdə vəzifəmə fəxri olaraq, davam edirəm Hazırda ölkə xaricindən işlərimi davam etdirirəm. Yeganə dəyişiklik odur ki, maaş almıram”.

Qeyd edək ki, Roma Papasından sonra Etyen Mahçupyan da “erməni soyqırımı” ifadəsi işlədib. Erməni müşavir belə deyib: “Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək mümkünsüzdür”.

Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdur: “Həm ermənilər, həm də qeyri-ermənilər üçün soyqırımı sözünün siyasi tərəflərindən daha çox, psixoloji tərəfləri var”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın