Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Zərərçəkənlər “AMAY”ın rəhbərinə qarşı maddi tələb irəli sürmür

Zərərçəkənlər “AMAY”ın rəhbərinə qarşı maddi tələb irəli sürmür

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan 11 nəfər dindirilib: “Onlar müxtəlif ifadələr verdilər. Ümumilikdə təqsirləndirilən şəxslərdən maddi tələblərinin olmadığını bildirdilər. İfadə verənlər “Xudafərin” MMC-də evi olub, ancaq həmin evdə yaşamayanlar idi. Bir qismi deyir ki, təmir etdirmişəmsə də, orda yaşamıram.

Onlara bildirdim ki, evlərin təhvil verilməsi mülkü müqavilə ilə tənzimlənən bir məsələdir. Bunun üçün tələblərin öhdəlikləri var. Bu işə mülkü məhkəmədə baxılmalıdır. Növbəti proses aprelin 17-nə təyin olunub”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın