Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bu il 47 şagird imtahan vermədən universitetə qəbul oluna bilər – VİDEO

Bu il 47 şagird imtahan vermədən universitetə qəbul oluna bilər – VİDEO

Bu ilki respublika fənn olimpiadalarında  47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub. Cari ildə qəbul edilən qərara əsasən olimpiada qalibləri ali məktəbə imtahansız qəbul ola biləcək.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qızıl medalçılar sırasında Xaçmazın Qımılqışlaq kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Ceyhun Əsədov da var. O müsabiqədə ana dili və ədəbiyyat fənnləri üzrə biliyini sınayaraq qızıl medal qazanıb.

Buraxılış sinfində təhsil alan Ceyhun Əsədov qəbul imtahanlarında topladığı bala əsasən seçim edəcək. Buraxılış və qəbul imtahanlarının ilk mərhələsində 600-ə yaxın bal toplayan məktəbli hüquqşünas olmaq arzusundadır.
Olimpiadaların təşkil edilməsində məqsəd də istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Ceyhun Əsədov bu ilki fənn olimpiyadalarında şimal bölgəsi üzrə qızıl medala layiq görülən yeganə şagirddir. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …