Ana səhifə / Cəmiyyət / Fransalı deputat: “Azərbaycanla müqayisədə Parisdə daha çox başıörtülü qadınlara rast gəlirik”

Fransalı deputat: “Azərbaycanla müqayisədə Parisdə daha çox başıörtülü qadınlara rast gəlirik”

Mən bilmirdim ki, Azərbaycan iqtisadi cəhətdən bu qədər inkişaf etmiş ölkədir.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda iştirak edən Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.

N.Gill deyib ki, Avropa Parlamentində (AP) gördükləri barədə məlumat verəcək:

“Siz insanları ermənilər üçün lobbiçilik etməkdən dayandıra bilməzsiniz. Ancaq siz insanlara həqiqəti göstərərək, yalanlara qarşı mübarizə apara bilərsiniz ”.

Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir:

“Rusiya və İranla sərhədləri nəzərə alınsa, Azərbaycanın müstəqil siyasəti məni valeh edir. Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir. Biz Azərbaycanla müqayisədə Parisdə, Fransada daha çox başıörtülü qadınlara rast gəlirik. Burada etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki. Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratiya tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Ona görə də insanlara deyirəm ki, Bakıya gəlin, müşahidə edin, demokratiyanı, inkişafı görün. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …