Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması…”

“Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması…”

“Ölkədə texnoloji və iqtisadi proseslərdə kardinal dəyişikliklər gedir, əlbəttə, bu çağırışlara cavab verən mütəxəssislər də yetişməlidir. Ölkənin ali məktəbləri 17 ildir ki, Boloniya prosesinə qoşulub, lakin müşahidələrimiz göstərir ki, bu proses də özünü yetərincə doğrultmadı. 

Boloniya sisteminin əsas məqsədi “Vahid Avropa Təhsil Məkanı”na inteqrasiya olmaq idi. Bu bizə imkan verirdi ki, müəllim və tələbələrimiz xarici ölkələrdə işləyib, oxuya bilsinlər. Lakin indi vəziyyət dəyişib. Bakalavr və magistr pillələrinə tələbat dəyişir. 40-50 faiz tələbə gələcəyin mühəndisi kimi yetişməlidir. Təhsilin modernləşməsi təcridolunma yolu ilə baş verə bilməz. İstisnalar da var…Təhsil sistemi effektiv olan ABŞ, Hindistan, Çin Boloniya sisteminə daxil deyil. Bu, onlarda təhsilin inkişafına maneçilik törətməyib”.

Bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, Azərbaycanda ali məktəblər arasında tələbə mobilliyi genişləndirməlidir: “Boloniya sisteminin tədqiqatçılarının fikrinə görə 2 illik magistratura pilləsi vaxt baxımından məqbul deyil. Fransada mühəndis məktəblərində 5 illik proqram, Çində də 5 illik bakalavr təhsili+magistratura proqramları qüvvədədir. Mənə belə gəlir ki, biz də ayrı-ayrı proqramlarda qabacıl təcrübələri nəzərə almalıyıq. Ölkəmizdə ciddi problemlərdən biri ali təhsilin keyfiyyətinin qiymətləndirilməsindədir. Mühüm indikatorlardan biri müəllim keyfiyyəti olmalıdır.  XXI əsrin müəlliminin qarşısına qoyulan tələblər üzrə ali məktəblərdə dinləmələr, diskussiyalar  keçirilməlidir. İKT sahəsində kadr hazırlığı orta məktəblərdən başlamalıdır. Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektorların 5 il müddətinə təyin edilməsi haqqında Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir göstərir”. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …