Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bir neçə rayona yeni prokurorlar təyin olundu

Bir neçə rayona yeni prokurorlar təyin olundu

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.


Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.


Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini  vəzifələrinə təyin ediliblər.


Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …