Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Tibb / Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən ölənlərlə bağlı STATİSTİKA

Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən ölənlərlə bağlı STATİSTİKA

Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərin sayı azalıb.

Ötən il Azərbaycanda 55916 nəfər dünyasını dəyişib ki, bu da 2018-ci illə (57 250 nəfər dünyasını dəyişib) müqayisədə azdır.

2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

2019-cu ildə əhali arasında ölümün azalması əsasən qan dövranı sistemi xəstəlikləri üzrə baş verən ölümlərin sayının azalması hesabına olub.

Keçən il 32471 nəfər qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib ki, bu rəqəm 2018-ci ildə 33 909, 2017-ci ildə 33 663 nəfər olub.

2019-cu ildə dünyasını dəyişənlərin 8819-u (2018-ci ildə 8 718, 2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1854 nəfəri (2018-ci ildə 1 826, 2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2789- nəfəri (2018-ci ildə 2 772, 2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı azalma qeydə alınıb. 2019-cu ildə hər 100 min nəfər arasında 564,6 ölüm halı qeydə alınıbsa, 2018-ci ildə bu göstərici 583 hal, 2017-ci ildə 586,7 hal, 2016-cı ildə 587,8 hal, 2015-ci ildə bu göstərici 574 hal olub. Trend

Həmçinin oxuyun

Sığortadan kənarda qalan onkologiya: “Çox böyük xərc lazımdır” – FOTO

“Onkoloji xəstəliklərin müalicəsi üçün çox böyük xərc tələb edir”. Bunu “Qaynarinfo”ya açıqlamasında professor Adil Qeybulla …