Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / BAŞ REDAKTOR ŞAHBAZOVLARDAN  DANIŞDI: ” MƏCBUR EDİRLƏR Kİ, İLQAR ƏLİYEVLƏ BAĞLI VİDEO YAYIM” – ŞOK VİDEO

BAŞ REDAKTOR ŞAHBAZOVLARDAN  DANIŞDI: ” MƏCBUR EDİRLƏR Kİ, İLQAR ƏLİYEVLƏ BAĞLI VİDEO YAYIM” – ŞOK VİDEO

Bakı şəhərində yerləşən “Nigar” adlı klinika ətrafında cərəyan edən proseslərlə bağlı əlavə və maraqlı sayılacaq detallar məlum olub. Qeyd edək ki, sözügedən klinika ətrafında baş  verən hadisələr son günlər medianın gündəmindən düşmür.   Azərbaycan Dövlət Tibb Universitetinin “Ginekologiya” kafedrasının professoru Şahbaz Şahbazov müxtəlif KİV-lərə  verdiyi açıqlamalardan sonra,  bu məsələ daha da ictimailəşdi. Professor  həmin açıqlamalarında iddia edirdi ki, ona məxsus olan “Nigar” adlı klinikaya basqın olub və onlar öz qanuni mülklərinə buraxılmır. Hətta həmin hadisəyə klinikaya quldur basqının olduğuna dair xüsusi rəng də verilirdi.  “Nigar” klinikası ətrafında yazılan materiallarda bəzi nüfuzlu adamların adının gündəmə gətirilməsi bizim də məsələyə marağımızı cəlb etdi. Çünki  məlum yazılarda basqında adı hallanan “Riyad” mühafizə xidmətinin, həm klinika, həm də həmin mühafizə xidmətinin faktiki  sahibi sayılan İlqar Əliyevin və adları çəkilən digər şəxslərin mövqeyinə yer verilmirdi.

Daima obyektiv mövqeyilə seçilən Azinforum.az  İnformasiya Portalı olaraq bu mövzu istiqamətində professional jurnalist araşdırması apardıq. Həmin yazılarımızda həm professor Şahbaz Şahbazovun dedikləri fikirləri təqdim etmişik, həm də onun iddialarında adları hallanan şəxslərin hər biri ilə videomüsahibələr vermişik. “Nigar” klinikasının təsisçisi olan “Riyad- Renta” şirkətindən bizə Şahbaz Şahbazovun həmin klinikanı necə əldə etdiyi və hansı yollarla orada payçıya sahib olduğuna dair də faktlar təqdim edildi. Mülkün sahibləri və eləcə də, digər bir neçə şəxsin İlqar Əliyevə ünvanladığı materiallarla tanış olduq. Həmin şikayətlərdə qeyd edilirdi ki, Şahbaz Şahbazov müxtəlif istiqamətlərdə onları aldadıb. Yazılarımızda qeyd etmişik ki, təqdim etdiyimiz balanslı informasiya ilə bağlı lazımi tədbirləri əlaqədar hüquq-mühafizə orqanları və məhkəmələr araşdırmalıdır.  Biz bu qalmaqala kimi Şahbaz Şahbazov adlı professoru tanımamışıq. Onunla heç bir müstəvidə marağımız kəsişməyib. Bu səbəbdən də, məxsusi olaraq bu mövzunun üzərinə fokuslanmağı qarşımıza məqsəd qoymamışdıq. Ancaq apardığımız jurnalist araşdırmalarından sonra redaksiyamıza edilən təzyiqlər, əməkdaşlarımızın və saytın rəhbərinin təhqir və təhdid olunması bizi bu mövzuya yenidən qayıtmağa vadar edir.

Təqdim etdiyimiz yazılarda bir yerdə də olsun adını çəkmədiyimiz Arzu Şahbazova heç bir etikaya məhəl qoymadan, hətta gecə saatlarında  redaksiyanın əlaqə nömrələri və araşdırmalardan birinin müəllifi olan jurnalistə  bir neçə gün ərzində dayanmadan 0515201222 və 0775201222  nömrələrindən zəng vuraraq  jurnalistləri şərləyəcəyi, lazım gəlsə böhtan ataraq üzlərinə duracağı və bu yolda bütün əlaqələrindən və maddi imkanlarından istifadə edəcəyi ilə hədələyərək təhqir edir, bizi həbs etdirəcəyinə söz verir.  Araşdırmalarımız nəticəsində müəyyən etdik ki, həmin xanım doğrudan da Şahbaz Şahbazovun xanımıdır və bu cür hədələr, provakasiya yaratmaq istiqamətində xüsusi olaraq ixtisaslaşıb. Sosial şəbəkələrdə onunla bağlı yayılan videolardan görünür ki, Arzu Şahbazova müxtəlif obyektlərdə açıq xuliqanlıq hərəkləri edir, hətta polis zabitini küçənin ortasında döyür, ona məxsus olan uniformanın papağını başından götürüb yerə tullayır. Bütün bu faktlardan sonra biz  doğrudan da ehtiyatlanmağa başladıq.

 

ar

                                                              Foto: ARZU ŞAHBZOVA

Çünki maddi imkanlarımız və təsir gücümüz Şahbazovlar ailəsi qədər deyil. Küçənin ortasında açıq cinayət əməllərinə yol verən xanımın hələ də məsuliyyətə cəlb olunmaması bir sualı  ortaya çıxarır: bunların arxasında hansı qüvvə durur? Belə qüvvə olımasaydı polisi döyməkdən belə çəkinməyən xanım jurnalistlərlə deyilən səviyyədə davranmazdı. Biz dəfələrlə Arzu Şahbazovanın diqqətinə çatdırmışıq ki, istənilən vaxt aparılan araşdırmalarla bağlı mövqelərini təqdim edə bilərlər və biz məmnuniyyətlə həmin münasibətə yer verərik.  Arzu Şahbazova isə bunlara məhəl qoymadan bizimlə hədə və təhqir dilində danışmağa üstünlük verib. Biz onun qadın olduğunu nəzərə alıb,  bəzi etik prinsiplərə riayət etmişik,  onun təhqirlərinə  və hədələrinə adekvat cavablar verməmişik. Ancaq azad medianın işinə bir daha belə  kobud müdaxilələrin olunacağı halda, bütün əlaqədar qurumlardan Arzu Şahbazovanın məsuliyyətə cəlb olunmasını  təkidlə tələb edəcəyik. Ən azından yayılan videokadrlar və digər təkzibolunmaz faktlar bunun üçün tam əsas verir.

sh

                                                                  FOTO: ŞAHBAZ ŞAHBAZOV

Azinforum.az olaraq bildiririk ki, Arzu Şahbazovanın anoloji təhdid və hədələrilə daha bir sayt üzləşib. Bizimlə əlaqə saxlayan Hədəf İnformasiya Agentliyinin Baş redaktoru İsmayıl İslamoğlu başına gələnləri nəql etdi.  Gənc jurnalist bildirir ki, Şahbazovlar ailəsi müxtəlif hədə və şantajlarla onların redaksiyasını öz təbliğat ruporuna çevirməyə çalışıb.

Bununla bağlı baş redaktor Azinforum.az İnformasiya Portalına verdiyi videomüsahibədə  olduqca maraqlı faktlar açıqlayıb. Həmin müsahibəni təqdim edirik.

İsmayıl İslamoğlunun açıqladığı faktlarla bağlı Şahbazovlar ailəsinin də mövqeyini dərc edə  bilərik. Ancaq artıq dərəcədə xahiş edirik ki, veriləcək reaksiya Arzu Şahbazovanın söyüşləri və hədələri səviyyəsində telefon zənglərindən ibarət olmasın.

 

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın