Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bakirəliyi şəhvətlə bağlayanlara Ülviyyə Alovlu tutarlı cavab – Müqəddəs ruhdan əmələ gəlmisiz?

Bakirəliyi şəhvətlə bağlayanlara Ülviyyə Alovlu tutarlı cavab – Müqəddəs ruhdan əmələ gəlmisiz?

Prodüser Zaur Kazımovun açıqlaması müzakirələrə səbəb olub.
Azinforum.az  a24.az-a istinadən xəbər verir ki, canlı yayımda qonaq olan radio prodüserinin DJ olmaq istəyən xanımlarla bağlı səsləndirdiyi fikirlər hər kəsin təəccübünə səbəb olub.
Z. Kazımov işə düzəlmək istəyən qızlara bakirəliklə bağlı sual verdiyini deyib:
“Mən əvvəllər aparıcı ilə müsahibə edəndə onlara verdiyim sual sizi şoka salacaq. Soruşurdum “bakirəsən, ya yox?” “Bakirəyəm” deyirdisə, cavab verirdim ki, bağışla, sənlə işləyə bilmərəm. Bu adam evlənməli, boşanmalı, övlad sahibi olmalıdır. Ən azı 15 ölkədə gəzməlidir, görməlidir”.
Prodüserin dediyi bu fikirləri müzakirəyə çıxaranlara isə jurnalist Ülviyyə Alovlu sərt reaksiya verib:
“Nədir, nə olub? Qələt edib bir yazar bakirə sözünü başlığa çıxarıb, bəzi oxucular özünə əl qatıb. Tumanını başına çəkən kim, yaşmaqlanan kim. Xatırladım ki, Bakir və Bakirə həm də insanlara qoyulan isimlərdir və mənası heç də hər zaman şəhvətə bağlanmır.
Diğər tərəfdən, şəhvətə qondarma mentalitet gözü ilə baxan bizim kimi ikinci cəmiyyət yəqin ki, dünyada yoxdur. Nədir, yoxsa siz şəhvətdən yox, Müqəddəs Ruhdan əmələ gəlmisiniz, xəbərimiz yox?”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …