Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda 2 yaşlı qız batareya uddu: “Qida borusu yanıb…”

Azərbaycanda 2 yaşlı qız batareya uddu: “Qida borusu yanıb…”

Azərbaycanda 2 yaşlı qız təzə batareyanı udduğu üçün təhlükəli vəziyyət yaşayıb. Xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olub.

Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq, cərrah Fuad Hüseynov bildiribki, valideynləri hadisədən dərhal sonra yaşadıqları rayon xəstəxanasına müraciət ediblər: “Orda həkimlər batareyanı çıxartmaq üçün saatlarla çalışsalar da, cəhdləri uğursuz alınıb. Bu çalışmalar nəticəsində sadəcə yemək borusunun alt hissəsindəki batareyanı yuxarı qaldıra biliblər ki, bu da uşaq üçün sözün əsl mənasında ən azından həyat qurtarıcı hal olub. Batareya eyni yerdə qalsaydı, qida borusunun divarını tamamilə yandırardı”.

Həkimin sözlərinə görə,ailə həyəcanla, övladlarını itirmək qorxusu ilə hadisədən 7-8 saat keçdikdən sonra onlara müraciət edib: “Özofoqoskopla, yəni işıqlı alətlə yemək borusuna girilərək ciddi texniki çətinliklərlə yemək borusuna pərçimlənmiş təqribən 2 sm ölçüsündə olan batereya nəhayət çıxarıldı. Qidaborusunda ciddi yanıq olduğu üçün ən böyük təhlükəmiz borunun deşilməsi idi. Əməliyyatdan sonra çəkilmiş rentgendəhər şeyin normal olduğu görüldü. Beləliklə, uşaq tam sağlam şəkildə evə yola salındı”.

F.Hüseynov deyir ki, yanan yemək borusu üçün ən böyük təhlükə daralmadır və bunun da olub-olımayacağı qarşıdakıgünlərdə bilinəcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …