Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıdakı 131 nömrəli avtobus sərnişinləri Çinə aparır: cəmi 40 qəpiyə (FOTOFAKT)

Bakıdakı 131 nömrəli avtobus sərnişinləri Çinə aparır: cəmi 40 qəpiyə (FOTOFAKT)

Bakıda fəaliyyət göstərən bəzi marşrut avtobusları artıq sıradan çıxıb. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez şikayətlər daxil olur.
Bənzər hadisələrdən birini də jurnalist Rövşən Əsədov lentə alıb. O, sosial şəbəkə hesabında 131 saylı marşrut avtobusunun nömrəsinin çin, yaxud koreya dilində yazılmasına ironik şəkildə münasibət bildirərək, “Siz artıq Koreyaya birbaşa “Koroğlu” metrostansiyası yaxınlığındakı dayanacaqdan gedə bilərsiniz”, yazıb.
Qeyd edək ki, sözügedən sərnişin avtobusu “Koroğlu” metro stansiyası -Maştağa marşrutu üzrə hərəkət edir.
Həmin fotoları sizlərə təqdim edirik:

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …