Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İlyas İsmayılovun oğlu buna görə öldürüldü – TƏFƏRRÜAT

İlyas İsmayılovun oğlu buna görə öldürüldü – TƏFƏRRÜAT

Etimad İsmayılovun qətlinin yeni təfərrüatı üzə çıxıb.

Oxu.Az xəbər verir ki, Etimad İsmayılov və Gözəl Dəmirovun arasında şirkət hissələrinə görə gərginlik ortaya çıxdığı məlum olub.

Belə ki, Dəmirov İsmayılovdan şirkətin 2 faiz səhmini 4 milyon dollar qarşılığında ona verməsini istəyib. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb.

Cinayətdən üç saat sonra yaxalanan Dəmirov hadisənin hissələrin satılması üstündə olduğunu deyib. O bildirib ki, aralarında mübahisə davaya çevrilib, bundan sonra İsmayılovun onu vuracağından qorxduğu üçün ona atəş edib.

2005-ci ildən bəri Türkiyədə elektronika məhsulları, təşkilatçılıq və idarəçilik işləri ilə məşğul olan İsmayılovun şifahi razılaşma ilə ona şirkətinin səhmlərinin 2 faizini vəd etdiyi, ancaq sonradan bu fikrindən daşındığı məlum olub.

Tərəflər görüşmək barədə bir gün əvvəl razılığa gəliblər. Etimad İsmayılovun Floryadakı ofisinə gedən Dəmirov istədiyinə nail ola bilməyəcəyini görüb və silahını çıxararaq ətrafa atəş açıb.

Sinəsindən və başından yaralanan İsmayılov vəfat edib. Hadisə yerindən qaçan Dəmirov və sürücüsü üç saat sonra Etilərdə tutulub.

O, ifadəsində İsmayılovun ona 4 milyon dollar verəcəyi olduğunu, bunun qarşılığında şirkətdən hissə istədiyini, ancaq mərhumun bunu qəbul etmədiyini deyib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …