Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri barəsində ölüm hökmü çıxarılıb

Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri barəsində ölüm hökmü çıxarılıb

Ermənistanın “Panduk” terror təşkilatı Vəhdət Partiyasının sədri Tahir Kərimli barəsində ölüm hökmü çıxarıb. Onu öldürəcək şəxsi külli miqdarda pul vəsaiti gözləyir.

Azinforum.az bildirir ki, bu barədə məlumatı publika.az-a Tahir K’rimlinin özü verib

“Onlar mənim öldürülməyim barəsində qərar veriblər. “Panduk” terror təşkilatının barəmdə ölüm hökmü çıxarması barədə məlumatı Rusiyada olarkən əldə etdim. Həmin ölkənin Kislovodsk şəhərində olanda mənə bildirdilər ki, ermənilər səni axtarırlar. Qeyd edim ki, bu dönəmdə orda ətrafımda olanların da çoxu ermənilər idi. Bildirdilər ki, “Panduk” təşkilatı fotomu “Taxir Kerimli” adıyla axtarışa verərək, məni öldürəcək şəxsə mükafat vəd verib. Məqsədləri məndən qisas almaqdır. Həmin qərar qüvvədədir”.

Tahir Kərimli əlavə etdi ki, ermənilər öz məqsədlərinə nail olmaq üçün rusdilli saytlardan da istifadə edirlər.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın