Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı

2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb.
Belə ki, 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur.
Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali məktəblərin sırasına Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti daxildir.
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Türkmənistan və Çindən gələnlər üstünlük təşkil edir. (Trend)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …