H.Akar konfransda 2015-ci ildə Diyabəkir şəhərinin mərkəzi nöqtələrindən birində PKK terror təşkilatına qarşı aparılan hərəkatı xatırladıb. O həmin hərəkat zamanı dinc sakinlərə göstərilən həssaslıqdan danışıb. Akar bir uşaq səsinin eşidilməsi ilə “Sur” hərəkatının 15 gün təxirə salındığını bildirib: “Bir çavuş “Sur”dakı bölüyün komandirinə “bir uşaq səsi eşitdim, burada bir ailə ola bilər” deyib. O anda atəş açıb bölgəni yerlə bir etmək olardı. Acaq o uşaq səsi hərəkatı 15 gün ləngitdi”.

Baş Qərargah rəisi “mehmetçik”in eyni həssaslığı Afrində “Zeytun budağı” hərəkatı zamanı sərgilədiyini də qeyd edib: “Afrin hərəkatı 2000 kilometrlik sahəni əhatə edirdi. Orada terrorçuların mülki geyim geyindiyinin də şahidi olduq. Mülki geyimdə ölən terrorçuların fotolarını çəkib “dinc sakinlər öldürülür” başlığı ilə paylaşırdılar. Ancaq biz dinc sakinlərə zərər dəyməməsi üçün diqqətlə işləyirdik. Əlavə olaraq, Afrinin boşaldılması əsnasında bəzi terrorçuların qaçma ehtimalına görə dinc sakinləri vurmamaq üçün bir hərəkat tətbiq etdik. Şəhərdə 3 mərtəbəli bir binanın 1-ci mərtəbəsində terrorçuların qaldığına dair bilgi əldə etdik. Həmin binanın 2-ci mərtəbəsi PKK-nın mərkəz yeri idi. Ancaq 3-cü mərtəbədə 12 övladı olan bir ailə yaşayırdı. Onlara görə binanı vura bilmədik. Əməliyyatları başqa metodlarla davam etdirdik”.

H.Akar bu ana qədər 130 000-dən çox suriyalının Fərat Qalxanı bölgəsindəki evlərinə yerləşdiklərini açıqlayıb.

 “Afrinə geri qayıdış başlayıb. Bu qayıdışların sürətli və təhlükəsiz şəkildə olması üçün işlər görürük. Əməliyyatlar isə davam edir”,- Baş Qərargah rəisi bildirib.(virtualaz.org)