Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İrandakı dəmir yolu stansiyası 15 illik müddətə Azərbaycana verildi

İrandakı dəmir yolu stansiyası 15 illik müddətə Azərbaycana verildi

Azərbaycan İranın Gilan əyalətində Astara dəmir yolu yük stansiyasının yenidən qurulmasına 60 milyon dollar investisiya qoyacaq.
Bunu “İran Dəmir Yolları”nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hosseyn Aşuri bildirib.
O deyib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib. Astara (Azərbaycan) – Astara (İran) dəmir yoluna baxış keçirən H. Aşuri dəmir yolunun bu hissəsinin cümə axşamı İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı açılacağını qeyd edib.
Bundan əlavə, səfər zamanı Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanacaq. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar ayıracaq. (APA)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …