Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan və Özbəkistanın gənc yazarları əməkdaşlığa başladı (FOTOLAR)

Azərbaycan və Özbəkistanın gənc yazarları əməkdaşlığa başladı (FOTOLAR)

Mərkəzi Azərbaycanda yerləşən Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan Respublikasının Gənc Yaradıcılar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi  Dünya Gənc Türk Yazarlar Birliyi tərəfdən təşkilatın Məclis başqanı İntiqam Yaşar, Özbəkistanın Gənc Yaradıcılar Birliyi tərəfdən isə təşkilatın başqanı Mehrinaz Abbasovaimzalayıb.  
Bir neçə maddədən ibarət olan sənəddə iki ölkə ədəbiyyatının təbliği, gənclərin ədəbi fəaliyyəti istiqamətində səmərəli əməkdaşlıq, bədii tərcümə işi, digər qardaş ölkə və topluluqlarla da əməkdaşlıq, ədəbi əlaqələrin  genişləndirilməsi və s. məsələlər öz əksini tapıb.
Qeyd edək ki, Özbəkistanın Gənc Yaradıcılar Birliyi təşkilatı 2017-ci ildə ölkə prezidenti Şövkət Mirziyayevin fərmanı ilə yaradılıb. Adı çəkilən təşkilat Özbəkistanda bir çox ədəbi layihələrin həyata keçirilməsində önəmli rola malikdir. Gənc Yaradıcılar Birliyi Özbəkistanda və bütövlükdə Türküstan ellərində ən nüfuzlu yaradıcı gənclər birliklərindən hesab olunur. 2019-cu il içərisində Dünya Gənc Türk Yazarlar Birliyi ilə Qırğızıstanın Nurborbor-Xalqlararası Gənclər Akademiyası arasında da belə bir memorandumun imzalanması nəzərdə tutulur.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …