Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda avtobus qəzasında 27 nəfər xəsarət alıb, 4-nün vəziyyəti ağırdır (RƏSMİ)

Bakıda avtobus qəzasında 27 nəfər xəsarət alıb, 4-nün vəziyyəti ağırdır (RƏSMİ)

Dünən axşam saatlarında Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə baş verən qəza ilə əlaqədar 3 saylı şəhər Klinik Xəstəxanasına 27 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinien mətbuat xidmətindən verilən məlumata görə, hazırda xəstəxanada7 nəfər müalicəsini davam etdirir.
Onlardan 4-ü reanimasiya şöbəsindədir, vəziyyətləri ağır stabildir. 3 nəfər isə travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, dünən Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10 TG 909” dövlət qeydiyyat nişanlı avtobusa dəyib.
İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …