Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / AYB sədri Əjdər Olun əfvi üçün Prezidentə müraciət etdi

AYB sədri Əjdər Olun əfvi üçün Prezidentə müraciət etdi

Gələn ay mərhum Prezident Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, yazıçı adlarının olması da cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev budəfəki əfv Sərəncamından gözləntilərinin böyük olduğunu bildirib:

“Çox istərdim ki, Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv Sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Düzdür, günahı var və cəzasını çəkir. Amma onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv olunmasını istərdim. Bununla bağlı açıq şəkildə cənab Prezidentimizə də müraciət etmişəm”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. Demokrat.az

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …