Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Partiyasını bağlayan Yunus Oğuz: “Bununla biz əslində partiya buxovundan azad olduq”

Partiyasını bağlayan Yunus Oğuz: “Bununla biz əslində partiya buxovundan azad olduq”

Xəbər verdiyimiz kimi “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən partiyalar ard-arda fəaliyyətini dayandırmağa başlayıb. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 13-ə çatıb.

Bu günə qədər aşağıdakı partiyalar fəaliyyətini dayandırıb:

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası

Milli Vəhdət Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Azərbaycan Təkamül Partiyası

Birlik Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası

Azərbaycan Respublikaçılar Partiyası

Yeni Yol Partiyası

Azərbaycan Milli Demokrat Partiyası (Bozqurd)

Yaxın vaxtlarda daha bir neçə partiyanın özünü buraxacağı ehtimal olunur.

Bəz özünü buraxan partiya liderləri hazırda hansı fəaliyyətlə məşğuldur?

Məsələ ilə bağlı özünü buran Milli Vəhdət Partiyasının lideri olmuş Yunuz Oğuz Musavat.com-a danışıb:
“Partiyanın bağlanmasını normal qarşıladıq. Baxmayaraq ki, bizim üzvlərimizin sayı 5 min nəfər idi, qərara gəldik ki, indiki şəraitdə Azərbaycan dövlətinə, onun hədəflərinə işləmək daha yaxşıdır, nəinki siyasi partiya olaraq hakimiyyət uğrunda mübarizə aparmaq.

Əslində partiya buxovundan azad olmuşuq. Daha qlobal fikirləşib qərara gəldik ki, bu cür siyasi fəaliyyətimizlə Azərbaycan xalqı milləti, dövləti üçün daha çox iş görə bilərik, nəinki partiya xətti ilə. Odur ki, işimizi əvvəlki kimi normal davam etdiririk.

Azərbaycanda partiya buxovundan qurtula bilməyən siyasi partiyalar var ki, onlardan biri də biz idik. İndi isə qeyd etdiyim kimi, partiya buxovundan azad olmuşuq, fikirlərimizi daha sərbəst bildirib, sərbəst fəaliyyət göstəririk.

Bizə verilən ofisə gəlincə, bildirim ki, biz həmin ofisdə heç oturmadıq. Çünki Əmlak Komitəsindən ofisə işıq sayğacı qoyulmamışdı. Dəfələrlə bu problemlə bağlı Əmlak Komitəsinə müraciət etmişdik, lakin bizə demişdilər ki, gedin özünüz özünüzə sayğac qoyun. Ona görə biz də həmin ofisə getmədik, əvvəlki kimi redaksiyada yerləşdik”.

Xatırladaq ki, bu ilin yanvar ayında “Siyasi partiyalar haqqında” yeni qanun təsdiqlənib. Yeni qanuna görə siyasi partiyaların qeydiyyatdan keçməsi üçün minimum 5000 üzv lazımdır. Partiyaların əksəriyyəti bu tələbə cavab vermədiyinə görə onlara iyul ayına qədər vaxt verilib. Bu müddət ərzində də 5000 üzv toplamaq iqtidarında olmayan partiyalar ya birləşmək, ya da fəaliyyətini dayandırmağa üstünlük verir. Hələlik özünü buraxan partiyalar arasında birləşmə faktı yoxdur.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …