Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Afaq Bəşirqızı Arif Quliyevdən danışdı: “Sən o qaranlıq qəbirdə…“

Afaq Bəşirqızı Arif Quliyevdən danışdı: “Sən o qaranlıq qəbirdə…“

“Çox qəribədir, həyatın da qəribə keçdi, sən də bu həyatdan doğaraq çox qəribə bir insan oldun. Heç zarafatından qalmadın, bu gün doğulursan, artıq özün haqqında xatirə danışdırırsan. Heyf səndən, heyf! Sən o dar, qaranlıq qəbirdə necə hərəkətsiz durursan, dayanırsan, o nigarançılığı necə dəf edirsən?! Həmişə ailəndən, uşaqlarından nigaran olmusan, həmişə meteorit kimi fırlanmısan, fırlanmısan, amma heç vaxt yerə düşməmişdin”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı həmkarı, bir müddət əvvəl dünyadan köçən Arif Quliyev haqda danışarkən deyib. O daha sonra əlavə edib:

“Bilmirəm, insan kimi necə oldun, amma aktyor kimi yaddaşlarda qalacaqsan. Bu da sənin bir xoşbəxtliyindir. Çünki səni unudan, səni atan ata-anan, amma səni qiymətləndirəcək, heç vaxt unutmayacaq, adının qarşısında rəhmətlik deyəcək xalq. Sən ikincini qazandın. Bir sahənin adamlarıyıq, amma heç vaxt yaxın olmadıq. Ya xasiyyətlərimiz qəribə idi, yaxud da. Nəysə yaxın olmadıq. Amma mən istəyimi üzdə bildirə bilmirəm. Həyatım boyu səninlə bağlı iki hadisə heç vaxt yadımdan çıxmayacaq və mən bunu sənə heç vaxt bağışlamayacam. Biri verilişlərdən birində, daha dəqiq desək “Onun sirri” proqramında sənin etdiyin etiraflar və ağlamağın, biri də həyətində, köhnə məhəllədə xəstəxana “nasılka”sında qalan cənazən! Uzun müddət sən o həyətdə qaldın. Yaxşı ki, sənin kimi hazırcavab qonşuların oldu ki, jurnalistin üzqızardıcı söhbətinə “qoy hələ bir az da cənazə qalsın həyətdə” cavabını verdilər. Əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu. Heç olmasa mədəniyyət xadimi yada düşərdi. Nəysə, Allah sənə rəhmət etsin” deyə sənətkar bildirib”.

Qeyd edək ki, bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür. Sənətkar yaşasaydı, 71 yaşını qeyd edəcəkdi. 

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …