Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov generalı niyə işdən çıxarıb? – Məmur oğlunun qalmaqallı keçmişi

Kəmaləddin Heydərov generalı niyə işdən çıxarıb? – Məmur oğlunun qalmaqallı keçmişi

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun işdən çıxardığı general-mayor Ramin Cəfərov məmur oğludur.

HİT.Az xəbər verir ki, general-mayorun atası Nazim Cəfərov 2001-2004-cü illərdə “Aztelekom”un rəhbəri olub. Hazırda Nazim Cəfərovun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifədə çalışdığı bildirilir.

Mülki Müdafiə Qoşunlarının komandan müavini vəzifəsində çalışmış Ramin Cəfərovun işdən çıxarılmasına gəlincə, bu barədə məlumat yeni yayılsa da, generalın əslində bir neçə il əvvəl vəzifəsinin itirdiyi bildirilir. İddialara görə, Ramin Cəfərovun işdən çıxarılmasının kökündə onun qalmaqallı şəxs olması dayanır.

2016-cı ildə Ramin Cəfərovun adı silahlı insidentdə hallanırdı. Həmin vaxt mətbuatda Binəqədi Rayon Polis İdarəsinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilini idarə edən (dövlət nömrə nişanı 90 SH 900) Ramin Cəfərov Füzuli rayon Polis Şöbəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyevə tapança çəkib.

İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00-da S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramin Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.

Münaqişənin kökündə sürücülərin bir-birlərinə yol verməməsi olub. İddialara görə, general Ramin Cəfərov Famil Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman Famil Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşərək onu ötüb və qarşısını kəsib. Ramin Cəfərov bundan qəzəblənərək maşından düşüb və “Jeriko” markalı tabel silahını çıxararaq polisə tuşlayıb.

Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onların izahatı alınaraq sərbəst buraxılıb. İş üzrə materiallar Binəqədi Rayon Prokurorluğuna verilib. Bu iddialar təkzib olunmayıb.

İddia olunur ki, hadisə 2016-cı ildə baş versə də, Ramin Cəfərovun işdən çıxarılmasında bu olay da əhəmiyyətli faktora çevrilib.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …