Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / ABŞERON RAYON MƏHKƏMƏSİ PREZİDENTİN ALTERNATİV CƏZA TƏTBİQİ TAPŞIRIĞINA BELƏ ƏMƏL EDİR? – ŞİKAYƏT

ABŞERON RAYON MƏHKƏMƏSİ PREZİDENTİN ALTERNATİV CƏZA TƏTBİQİ TAPŞIRIĞINA BELƏ ƏMƏL EDİR? – ŞİKAYƏT

Abşeron rayon Məhkəməsi ölkə başçısının cəza siyasətinin yumuşaldılması, həbsqətimkan tədbirilə bağlı olmayan alternativ cəzaların seçilməsilə bağlı 10 fevral 2017-ci il tarixli sərəncamına əməl etmir”.
Bu sözləri Azinforum.az saytına açıqlamasında vəkil Zaman Səmədov deyib. Onun sözlərinə görə, ötən gün hüquqlarını müdafiə etdiyi Əliyeva Günay Adil qızı barəsində ən ağır cəza növü olan həbsin seçilməsi bunu deməyə əsas verir:

“Hər hansı bir cinayət əməlinin törədilməsindən söhbət getmir. Notariatın icra qeydi əsasında hüquqlarını müdafiə etdiyim xanım barəsində inzibati tənbehin ən ağır növü olan həbs qərarı çıxarılıb. Həmin maddənin sanksiyasında  başqa  cəza növü kimi cərimə cəzası da var. Çox maraqlıdır ki, hakim Sevil Quliyeva əvvəllər məhkum olunmayan, hətta barəsində indiyə kimi bir dəfə də olsun inzibati tənbeh tədbiri görülməyən ali təhsilli bir xanım barəsində həbslə bağlı olan cəza növünü seçib. Həbs ediləndən sonra mənim hüquqlarını qoruduğum şəxsə qələm, kağız da verilməyib ki, o apelliyasiya şikayəti yazsın. Bu gün səhərdən gəlmişəm Abşeron Rayon Məhkəməsinə, Yazdığım şikayəti qeydiyyata aldırmaq üçün heç kimi tapa bilmirəm. Düşünürəm ki, bunu vaxt udmaq məqsədilə edirlər. Çünki qarşıdakı iki gün həftə sonuna təsadüf etdiyi səbəbindən biz şikayət edə bilməyəcəyik. Bir sözlə, biabırçılıqdır”.

Azinforum.az olaraq Abşeron Rayon Məhkəməsilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

Rövşən ƏLİ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın