Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “ABŞERON” GƏNCLƏR ŞƏHƏRCİYİNDƏ ƏKSƏR BİNA İŞIQSIZ QALIB – PARTLAYIŞ

“ABŞERON” GƏNCLƏR ŞƏHƏRCİYİNDƏ ƏKSƏR BİNA İŞIQSIZ QALIB – PARTLAYIŞ

Hazırda, “Abşeron” Gənclər şəhərciyində əksər bina işıqsız qalıb.

Bu barədə Sherg.az-ın hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, şəhərəcikdə 5 ildən artıqdır ki, qazsız qalan binalarda mənzillərin qızdırılması üçün elektrik cihazlardan istifadə oldunur ki, bu da, elektrik xəttlərində ciddi yüklənmələr yaradıb.

Və nəticə də yarımstansiyanın birində güclü partlayış baş verib, İşıqsız qalan sakinlər yarımstansiya ətrafına toplaşaraq elektik enerjisinin bərpasını tələb edirlər:

Şəhərcik sakini Osman Məmmədov qeyd edib ki, işıq olmadığı üçün evdə soyuqdan durmaq olmur:
“Evimiz elektik cihazları ilə qızıdırırıq. İndə də işıq yoxdur. Evdə oturmaq mümkün deyil. Məcbur qalıb, ailəmi taksi ilə qardaşım gilə apardım. Gözləyirik, görək, işıqlarımız nə vaxt bərpa olunacaq. Bərpa olunmasa, məcburam ki, mən də qardaşım gildə qalım. Bizim belə zülm çəkməyimizin səbəb illərdir şəhərciyə qazın verilməməsidir. Hər il bu kompeksə köçən ailələrin sayı artır. Hələ bu harasıdır. Qışın orta aylarında şəhərcikdə çox böyük partlayış baş verəcək. Qaz verilməsə, sakinlərin də, elə “Akkord”un da işi çətin olacaq”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın