Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / SIPRI: Azərbaycan son beş ildə ən çox silahı bu ölkədən alıb

SIPRI: Azərbaycan son beş ildə ən çox silahı bu ölkədən alıb

Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİPRİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, hesabata əsasən dünyada ABŞ və Rusiya əsas silah ixracatçıları olaraq qalırlar.
Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb. Eyni vaxtda Avropa, Şərqi Asiya və Okeaniyaya hərbi məhsulların idxalı isə artıb.
ABŞ və Fransada hərbi ixracatda ciddi artım müşahidə olunub. Avropaya silah idxalı 19%, Şərqi Asiya regionuna 20%, Okeaniyaya isə 59% artıb.
2017-2021-ci illərdə Rusiya 45 ölkəyə silah tədarük edib. Amerika 2012-2016-cı illərlə müqayisədə ixracatı 2017-2021-ci illərdə 14% artıraraq qlobal həcmdəki payını 32%-dən 39%-ə yüksəldib.
Müvafiq illərdə Fransa hərbi ixracını artıraraq qlobal həcmdəki payını 11%-ə çatdırıb. Bu da ona dünya reytinqindəki üçüncü yeri təmin edib. 2017-2021-ci illərdə silah ixracı reytinqində Çin dördüncü, Almaniya isə beşinci yerdə qərarlaşıb.
Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).
Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahlarını, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatlarını, “Barak-8” ZRK raketini, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” komplekslərini alıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …