Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Könül Kərimova Xalq artistini qızının toyuna niyə çağırmayıb?

Könül Kərimova Xalq artistini qızının toyuna niyə çağırmayıb?

“Gündə bir dəfə ymək yeyirəm. Onda da yarım dilim qara çörəklə. Kənardan baxanda elə bilirlər çox yeyənəm. Amma mən anam tərəfə oxşmışam: balacaboy və kök. Digər bacı-qardaşım atam tərəfə oxşayıb: arıü və hündürboy”.

Bu sözləri Xalq artisti Könül Xasıyeva “Zaurla Günaydın” proqramında deyib. Xanəndə artıqçəkili görünməsindən bəhs edib.
“İllərdir ad günü etmirəm. Kazım balaca tort alır, gətirir. Silsilə konsertlərim oldu, elə edirdim ki, tədbir doğum günümə düşsün. Həmişə tamaşaçılarla keçirmişəm və çox xoşbəxt olmuşam”.
K.Xasıyeva Əməkdar artist Könül Kərimovadan danışıb. O bildirib ki, sinif yoldaşı olublar:
“Məni qızının toyuna çağırmadı. Qıymamışdı, amma düşündüm ki, ora getmək borcumdur. Oturub maşına Şəkidən gəldim toya. Mənim borcum idi. Könüllə elə sirrlərimizi bölüşmüşük ki…”.
K.Kərimova isə “Onun toya gəldiyini eşidəndə pərt oldum. Dedim, mən qıymadım, o, özü gəldi. Könülü görəndə hönkür-hönkür ağladım” deyə, ona cavab verib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …