Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Qazaxı atəşə tutdu – Rəsmi

Ermənilər Qazaxı atəşə tutdu – Rəsmi

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

APA-nın xəbərinə görə, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …