Ana səhifə / Dünya / Serbiya prezidenti ilk dəfə Kosovoya səfər edib

Serbiya prezidenti ilk dəfə Kosovoya səfər edib

Serbiya prezidenti Aleksandr Vuçuç yanvarın 20-də Kosovoya səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Kosovonun Bansk şəhərindəki eyni adlı monastıra baş çəkib.

Həmin şəhərdə 500-ə yaxın serb yaşayır. Bu monastırın XIV əsrin əvvəllərində tikildiyi bildirilir. XVII əsrdə uçub, XX əsrin sonlarında isə əvvəlki yerində bərpa edilib.

A.Vuçiç Kosovoya prezident kimi ilk dəfədir səfər edir. Əvvəllər o, Kosovonı baş nazir olaraq ziyarət etmişdi. Onun Kosovodakı serb icmasının nümayəndələri ilə görüşü də planlaşdırılıb.

Serbiya prezidentinin səfəri zamanı təxribat cəhdləri qeydə alınmayıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …