Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Zakir Fərəcov keçmiş “bazarkom” Rəşid Babayevlə bacara bilmir – Sumqayıtda ziddiyyət

Zakir Fərəcov keçmiş “bazarkom” Rəşid Babayevlə bacara bilmir – Sumqayıtda ziddiyyət

Azinforum.az saytının elektron ünvanına bir qrup Sumqayıt şəhər sakininin imzası ilə məktub daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik.

Bildiyiniz kimi bir müddət əvvəl Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” problemi həll olunmağa başladı. Sumqayıt İcra hakimiyyətindən bildirilir ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək.
Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.

“Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.
Artıq xeyli müddətdir ərazidə söküntü işlərinə başlanılıb.
Ancaq çox təəssüf ki, abadlıq işləri çərçivəsində görülən söküntü işlərinə mane olan qüvvələr var ki, onların başında keçmiş bazarkom Rəşid Babayev və onun havadarlarının durduğu bildirilir. Belə ki, ərazidəki bütün obyeklər, o cümlədən 66 sahibkarın dükanı tez bir zamanda sökülsə də, Rəşid Babyevə məxsus binalar hələ də tam sökülməyib.

Xatırladaq ki, bazarkomla 66 sahibkar arasında baş verən “Şərq bazarı” ətrafındakı mübahisə uzun müddət davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi. Ansisanitariya, abadlıq baxımdan da məhz ona məxsus obyeklər pis vəziyyətdə idi və buradan milyonlarla pul yığmasına rəğmən Rəşid Babayev nə ətraf yolları düzəltmirdi ,nə də ümumiyyətlə ərazidə qətiyyən, heç bir abadlıq işləri görmürdü.

İndi də bütün ərazi yeni ticarət mərkəzi tikilməsi üçün tam sökülüb, təkcə Rəşid Babayevə məxsus binalardan başqa. Rəşid Babayev hər vəchlə söküntüyə mane olur və icra başçısı Zakir Fərəcova qarşı gedir.
Belə ki,26 mayda Gəncədən demontaj üçün xüsusi olaraq iki briqada gətirilmişdi.Lakin Rəşid Babayev havadarlarına arxayın olaraq söküntüyə mane olduğundan briqadalar geri döndü.
Məsələnin belə gedişatına görən şəhər rəhbərliyi, icra başçısının müavini Sahib Quliyev, şöbə müdirləri , yüksək rütbəli polis məmurları əraziyə gəldi və ərazi mühasirəyə alındı, söküntü davam etdi. Rəşid Babayev və onun oğlu Eldar Babayev həmin zaman bazara yaxına gəlmədi, amma havadarlarına -sabiq baş prokuror , Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova(bazarın digər payçısı kimi sənəddə onun qohumunun adı gedir) və icra başçısının müavini Akif Quliyevə çağırış edib, bazarın ona aid hissəsinin söküntüsü 3 gündən sonra yenə dayandırıldı. Havadarlarından aldığı yeni təlimata görə o məhkəməyə şikayət etdi ki, bu yolla söküntünü dayandırsın. İyunun 10-11-i o qismən buna nail oldu, amma icra hakimiyyətinin , polisin müdaxiləsindən sonra 11- i günortadan sonra Rəşid Babyevin adamları ərazidən kənarlaşdırıldı və söküntü yenə davam etdi.

Sual olunur : doğurdanmı Rəşid Babayev belə böyük qüvvədir ki,icra hakimiyyətinin qərarlarına qarşı çıxa bilir və doğurdanmı o düşünür ki,öz havadarlarının köməyi ilə məqsədinə nail ola bilər, şəhər rəhbərliyinin abadlıqla bağlı qərarlarına cəzasız qaldığından etinazsız yanaşa bilər?

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın