Cümə , Aprel 19 2024
Ana səhifə / Murad Dadaşova nə olub? – Ziddiyətli fikirlər

Murad Dadaşova nə olub? – Ziddiyətli fikirlər

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov efirə çıxmayıb. Onu teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid, Vüsalə Kərimova və Murad Əzimzadə əvəzləyib.

Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şoumenin səhhəti barədə çoxlu versiyalar irəli sürülüb. Belə ki, canlı yayıma çıxan aparıcılara Muradın xəstələndiyini, bu səbəbdən efirə çıxmayacağını deyiblər.

Lakin Hacı Nuran “Maşın”da deyib ki, Dadaşov kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Hüseynovun dediyi ilə layihə əməkdaşların əvəzləyici aparıcılara söylədikləri ilə üst-üstə düşməyib.

Bundan əlavə, iddia olunur ki, əməkdar artist yıxılıb və ayağı sınıb. Teleaparıcının yaxınları isə onun qrip olduğunu, bu səbəbdən canlı yayımda iki saat ola bilməyəcəyini qeyd edib.

Bildirilir ki, bu gecə Murad Dadaşov efirə çıxıb baş verənlərə aydınlıq gətirəcək. Aparıcının canlı yayıma çıxmama səbəbi dəqiq açıqlanmasa da, bunun da peşəkar şoumenə məxsus kiçik bir şou olduğunu düşünənlər az deyil.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın