Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / XEYRƏDDİN QOCA BAŞ KONSUL OLACAQ?

XEYRƏDDİN QOCA BAŞ KONSUL OLACAQ?

Bir neçə aydır ki, İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulu vəzifəsi boşdur.  Qeyd edək ki, bu vəzifəni icra etmiş Həsən Zeynalov Türkmənistana səfir vəzifəsinə göndəriləndən sonra, həmin vəzifəyə təyinat olmayıb.

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  bu vəzifəyə vaxtilə  həmin diplomatik postda – 1998-ci ilin dekabr ayından, 2003-cü ilin martına kimi çalışmış   Xeyrəddin Qocanın təyinat alacağı real görünə bilər. Xatırlaq ki, tanınmış publist  Xeyrəddin Qoca “91-lər”-dəndir, YAP Siyasi Şurasının üzvüdür, 1995-2000-ci illərdə millət vəkili olub.

Azinforum.az bu informasiyanı dəqiqləşdirmək üçün , Xeyrəddin Qocadan münasinbət öyrənib. O, saytımıza açıqlamasında bunları deyib:

“Baş Konsul vəzifəmin  vaxtı bitdiyinə görə, 2003-cü ildə geri çağrılmışam. Həmin vaxtdan indiyə kimi – düz  13 ildir ki, işsizəm.  Həmin vəzifəyə kimin göndəriləcəyi isə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid olan məsələdir. Əlbətdə, belə təynat olsa, yenidən işləmək istərdim. Elə bilirəm ki, topladığım diplomatik təcrübə bu işdə hər zaman köməyimə çata bilər. Mənim üçün çətin olmaz… Çünki mən həmin vəzifənin məsuliyyətini çox aydın başa düşürəm”.

Azinforum.az

 

 

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …

Bir cavab yazın