Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / VİRTUALAZ.ORG SAYTINDA QALMAQAL – BAŞ REDAKTOR İŞDƏN NİYƏ UZAQLAŞDIRILIB?

VİRTUALAZ.ORG SAYTINDA QALMAQAL – BAŞ REDAKTOR İŞDƏN NİYƏ UZAQLAŞDIRILIB?

Azinforum.az xəbər verir, Azərbaycanın tanınmış elektron KİV-lərindən olan Virtualaz. org saytında  ciddi qalmaqal yaşanmağa başlayıb. Qeyd edək ki, sözügedən KİV tanınmış jurnalist Eynulla Fətullayevə məxsusdur. Saytın hakimiyyətin mühüm  qanadlarından birinin kurasiyasında olduğu bildirilir. Eynulla Fətullayevin həbsdən azad ediləndən sonra təsis etdiyi  rusdilli Haqqin.az və Virtualaz.org saytları hazırda böyük populiyarlığa malikdir. Xatırladaq ki, Virtualaz.org saytının baş redaktoru vəzifəsini  uzun müddət  “Yeni Müsavat” qəzetində çalışmış Famil Cəfərli tuturdu.

Azinforum.az xəbər verir ki, bir neçə saat əvvəl, Famil Cəfərlinin aşağıdakı məzmunlu  bir status paylaşması böyük marağa səbəb olub.

Sitat: “Mənə virtualaz.org saytının redaktoru kimi, hansısa xəbərlə, məqalə ilə əlaqədar, yəni sırf iş prosesi ilə bağlı müraciət edən dostlara və həmkarlara bildirirəm ki, daha saytda işləmirəm. Redaksiyaya müraciət edin. Hər kəsə təşəkkürlər və uğurlar…”

fam

 

Bunun ardınca isə, həmin saytın təsisçisi Eynulla Fətullayevin paylaşdığı statusdan belə anlaşılır ki, Famil Cəfərli saytdan öz xoşu ilə uzaqlaşmayıb.

Sitat: “Famil Ceferlii özü yazıb. Ona görə münasibət bildirməyə məcburam. O, öz istəyi ilə işdən getməyib, işdən çıxarılıb. İşində  buraxdığl ciddi səhvlərə görə. Düzünü yazmaq lazımdır!!!”

Rovşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın