Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalovun yerinə təyinat oldu – Foto

Vidadi Zeynalovun yerinə təyinat oldu – Foto

Əli İzzət oğlu Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri təyin olunub.

Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Xatırladaq ki, nazirliyin əvvəlki aparat rəhbəri Vidadi Zeynalov “MTN işi” ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

V.Zeynalov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Həmçinin oxuyun

Faizlərin ümidinə qalan həkimlərin olmayan hüquqları

Ölkədə ofisiantlar və satıcılardan sonra əmək hüquqları pozulan peşə sahiblərindən biri də həkimlərdir. Bir qayda …

Bir cavab yazın