Ana səhifə / Cəmiyyət / “Üzlük maxinasiyası”nda “Azİmport”un da iştirakı üzə çıxdı

“Üzlük maxinasiyası”nda “Azİmport”un da iştirakı üzə çıxdı

Oliqarxlara məxsus “Azİmport” və “Global Construction” şirkətlərinin cinayətkar fəaliyyətinə dair yeni faktlar üzə çıxıb.

Bu şirkətlər Bakı və Abşeronda həyata keçirilən təmir-abadlıq və yaşıllaşdırma işləri sahəsində əsas inhisarçılar olublar.

“Azİmport” və “Global Construction” bir neçə iri məmur tərəfindən himayə olunmaqlarından istifadə edərək həm də Bakıda yüzlərlə ev və obyektin zərərli və təhlükəli materiallarla üzlənməsi ilə də məşğul olublar. Özü də büdcə vəsaitlərini talan etməklə…

Virtualaz.org saytının əldə etdiyi məlumatlara görə, “Azİmport” Buzovna qəsəbəsində evlərin və sair tikililərin üzlənməsini həyata keçirib. Bu işlər 2009-2014-cü illərdə aeroport-Zuğulba magistral yolunun yenidən qurulması layihəsi çərçivəsində görülüb.

Bu maxinasiyada maraqlı sxem qurulub. Üzləmə işləri “Global Construction” şirkətinin fəaliyyət sahəsi olsa da “Azİmport” tenderin qalibi kimi sənədləşdirilib. Maraqlıdır ki, bu şirkət son illər praktiki olaraq bütün tenderlərin qalibi elan olunub. Belə çıxır ki, “Azİmport” və “Global Construction” tərəfdaş olublar.

Buzovnadakı Rasim İmanov küçəsində 2, 26, 28, 36 və 38 saylı, Mustafa Sübhi küçəsindəki 2 saylı binaların poliuretan üzlüklə üzlənməsi məhz bu iki şirkət tərəfindən həyata keçirilib.

Daha bir maraqlı detal. Fevralın 27-də Buzovnada 6 bloklu binada yanğın oldu. Məsuliyyəti sakinlərin üstünə atsalar da yanğın mənzillərdə yox, binanın süni örtüklü fasadında baş vermişdi. Binanın üzlənməyən hissəsi – həyətə baxan tərəfi isə yanmamışdı.

Buzovnada yol boyunca uzanın gedən uzun və hündür hasar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çəkilsə də tikinti işləri “Azİmport”un adına sənədləşdirilib. İcraçının adının dəyişdirilməsi büdcədən xeyli vəsaitin oğurlanıb mənimsənilməsi ilə başa çatıb. Bundan yəqin ki, Dövlət Komitəsinin məmurları da narazı qalmayıb…

Beləliklə, “Azİmport” və “Global Construction”un maraqları üzləmə əməliyyatlarında üst-üstə düşüb və onlar əlbir hərəkət edərək dövlət büdcəsinə əl uzatmaqda çəkinməyiblər. İstintaq bu şəbəkənin əməllərini yəqin ki, diqqətlə araşdıracaq. Hərçənd “Azİmport”un sahibi Rəşad Martirosov-Məmmədovla “Global Construction”un sahibi Miryusif Mahmudovun qaranlıq biznesinin üstünə artıq işıq salınıb…

Həmçinin oxuyun

Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı – FOTO

Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib. Bu barədə …

Bir cavab yazın