Cümə , Aprel 26 2024
Ana səhifə / TÜRKİYƏDƏ BAŞ TUTAN HƏBİ ÇEVRİLİŞLƏRİN TARİXİ – ƏRDOĞAN HƏMİN STERİOTİPİ NECƏ DAĞITDI ?

TÜRKİYƏDƏ BAŞ TUTAN HƏBİ ÇEVRİLİŞLƏRİN TARİXİ – ƏRDOĞAN HƏMİN STERİOTİPİ NECƏ DAĞITDI ?

İyul ayının 15-də axşam saatlarından başlayaraq Türkiyədə yaşananlar sözün həqiqi mənasında hamını təəccübləndirdi. Türkiyədə hərbi çevrilişə cəhd oldu və bu cəhd bir sıra müəmmalı tərəfləri ilə yadda qaldı. Əvvəlki hərbi çevrilişlərdən fərqli olaraq, bu dəfə “qan su yerinə axdı “ desək yanılmarıq. Çünki əvvəlki çevrilişlərdə bu cür dramatık hadisələr yaşanmamışdı. Yalnız çevrilişdən sonra başlanan represiya dalğasının miqyası ölüçüyə gəlməz qədər böyük idi.
Yeri gəlmişkən, 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra yetkinlik yaşına çatmayan Ərdal Ərənin edam olunması sonralar böyük mübahisələrə səbəb oldu və o vaxt çevrilişə rəhbərlik edən Kənan Evrənin edama imza atması Türkiyəyə utanc gətirdi.

Bir məqamı da vurğulayım ki, 15 iyulda baş verənlər Türkiyənin siyasi tarixində birinci uğursuz çevriliş cəhdi deyildi. Bundan əvvəl də, bir qədər fərqli formada bənzər hadisə yaşanmışdı. Belə ki, 1962-ci ildə polkovnik Tələt Aydəmirin təşəbbüsü ilə çevrilişə cəhd oldu, amma alınmadı. Bu cəhdinə görə, T. Aydəmir edam edildi.
Məlumat üçün qeyd edim ki, Türkiyədə 2 dəfə (1960, 1980) hərbi çevriliş olub və hakimiyyətə bəlli bir dövr ərzində hərbiçilər rəhbərlik edib. İki dəfə isə (1971, 1997) hərbi müdaxilə nəticəsində hakimiyyət dəyişib. Ancaq hər iki halda yeni hakimiyyəti mülki qüvvələr təşkil edib. Hərbiçilərin 12 mart 1971-ci il Muhtrasından sonra, Süləyman Dəmirəl öz deyimi ilə desək, şlyapasını götürüb baş nazir postundan getdi. Türkiyə Böyük Millət Məclisində tərəfsiz millət vəkili Nihat Erim aralıq hökümət qurdu və bu hökümət bir il fəaliyyət göstərdi.

 

ke

                                                                  Kənan Evrən

Daha sonra seçki keçirildi və CHP hakimiyyətə yiyələndi. İkinci bənzər hal 1997-ci ilin 28 fevralında yaşandı. Həmin gün hər ay keçirilən ənənəvi Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısı digərlərindən fərqli və ağır keçdi. Belə ki, toplantı 8 saat davam etti və hərbiçilər baş nazir Nəciməddin Ərbakanı verilən qərarı təstiq etməyə məcbur etdilər. Milli Təhlükəsizlik Şurasının qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirildi.
Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, “təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihndə olan bütün işlər cəzalandırılmalıdır!” – deyilirdi.
Fevralın 28-də başlayan bu proses eyni il iyun ayının 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələndi. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana vətən partiyası) sədri Məsud Yılmaza vermişdi. M. Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurmuşdu.
Bütün hallarda Türkiyədə ordunun seçki ilə hakimiyyətə gəlmiş mülki hakimiyyəti devirməsi ölkəyə hörmət gətirməyib. Zaman-zaman bu müxtəlif müzakirələrə səbəb olmuş və sivil yoldan uzaq addım kimi dəyərləndirilib. Bir məqamı da nəzərə almaq lazımdır ki, Türkiyədə baş verən 4 hərbi müdaxilənin 3-ü soyuq müharibə dövrünə təsadüf edir. Yəni Türkiyə bir NATO ölkəsi olduğuna görə, ABŞ solçu qüvvələrin hakimiyyətə tam yiyələnəcəyindən ehtiyat edərək hərbi çevrilişə dəstək verib. O üzdən, bu amili də nəzərdən qaçırmaq olmaz.
Bu dəfəki çevriliş cəhdi bir sıra fərqli, eyni zamanda müəmmalı tərəfləri ilə yadda qaldı. Məsələ ondadır ki, AKP 2007-ci ildə ikinci dəfə parlament seçkilərində qələbə qazanandan sonra ordunun mülki hakimiyyətə müdaxilə imkanlarınə məhdudlaşdırmaq istiqamətində daha qərarlı addımlar atdı. Eyni zamanda, həmin ilin ortalarında başlayan “Ərgənəkon” əməliyyatı nəticəsində ölkə tarixində ilk dəfə olaraq bir sıra hərbiçilərin kütləvi həbsi başladı. Ondan sonra da bir sıra digər adlar altında hərbiçilər həbsi davam etdirildi. 2014-cü ildə isə məhkəmə onlar barəsində bəraət qərarı verildi və o zaman hakimiyyət bu həbsləri ədliyyə və prokurorluq orqanlarında fəaliyyət göstərən “Gülənçilərin” üzərinə yıxdı. Halbuki, bu bir bəhanə idi.

Çünki AKP zaman-zaman bu istiqamətdə çalışaraq müəyyən məsafə qət etmişdi. İlk baxışdan belə təəsürat yaranırdı ki, bir daha ordu çevrilişə cəhd edə bilməz. Çünki məlum proseslər bu qənaətə gəlməyə əsas verirdi. Ancaq buna rəğmən, düşüncələrdə ordu hakimiyyəti ələ keçirə bilər steriotipləri hələ də qalmaqda idi. Son çevriliş çəhtindən sonra Ərdoğan bunu darmadağın etdi. Bəlkə də Ərdoğan bunu önləyə bilərdi. Çünki dünyadaki şərtlər dəyişmişdi və cəmiyyət onsuz da hərbi müdaxiləyə qarşı idi. Ancaq Ərdoğana çevriliş steriotiplərini darmadağın etmək üçün vəziyyətin bu həddə qədər inkişaf etməsi ona daha münbit şərait yaratdı. Ola bilər ki, çoxları bunun fərqində deyil, amma reallıq belədir.

ce

Çevrilişə cəhtin müəmmalı tərəfi odur ki, bunu edənlər ölkədə yüzlərlə telekanalın olduğunu bilə-bilə, niyə məhz TRT kanalını tutmaqla kifayətləndilər? Digər tərəfdən, Ankara Gölbaşında yerləşən xüsusi təyinatlı polis (Polis Özel Harakat) bazasının bombalanması və 47 nəfər polisin şəhid edilməsi çox qəribədir. Çünki xüsusi təyinatlı polis dəstəsi 90-cı illərin əvvəllərində yaranıb və PKK-ya qarşı mübarizədə bir sıra hallarda çox effektiv mübarizə aparıb. Ona görə ki, bu dəstə sırf professional əsaslarla yaradılıb. Hətta bəzi peşəkar mütəxəssislərin fikrincə, xüsusi təyinatlılar dağlıq ərazidə partizansayağı taktika ilə fəaliyyət göstərən PKK-çıları məğlub etmək nümunəsini ortaya qoyublar. Halbuki, bu çox nadir hadisədir. SSRİ kimi bir ölkə dağda əfqan mücahidlərinə məğlub oldu. Belə olan halda bu cür keçmişi olan özəl hərəkatçıların qəddarcasına qanına qəltan edilməsində məqsəd nə idi? Ən nəhayət çevrilişin əvvəldən başsız olması və hansısa xarizmatik hərbiçinin buna rəhbərlik etməməsi də müəyyən suallar yaradır…
Bütün hallarda seçki yolu ilə qurulmuş mülki hakimiyyətin güc yolu devrilməsi yaxşı ənənə deyil. Şükürlər olsun ki, bir sıra mübahisəli məqamlara rəğmən Türkiyə baş verə biləcək çevrilişin kataklizmlərini önləyə bildi. Yoxsa kim bilir ölkənin aqibəti necə olacaqdı?
Vidadi ORDAHALLI,
xüsusi olaraq Azinforum.az üçün

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın