Ana səhifə / Media / 55 yaşlı xanım DYP əməkdaşları tərəfindən təhqir olunduğunu deyir:  “Oğlumun avtomobilini tapa bilmirik”

55 yaşlı xanım DYP əməkdaşları tərəfindən təhqir olunduğunu deyir:  “Oğlumun avtomobilini tapa bilmirik”

Türkan qəsəbəsində yaşayan 55 yaşlı Əhmədova Fəxrəndə Yediyar qızı  Dövlət Yol Polisi əməkdaşlarının əməlindən şikayətçidir.  “İrevan-press.com”-a müraciət edən şikayətçi bildirir ki, iyul ayının 16-sı gecə saat 1 radələrində qohumunun evindən qayıdarkən Pirallahı rayonunun “ Daş karxanaları” ərazisində “99 YP 489” nömrə nişanlı yol polisi idarəsinin maşını onun oğlunun idarə etdiyi “ 10 GH 273” dövlət nömrə nişanlı “011” – markalı maşın DYP əməkdaşları tərəfindən saxlanılıb. Qadının sözlərinə görə, onlara yaxınlaşan DYP əməkdaşları sənədləri yoxlayandan sonra bildiriblər ki, sürücü sərxoşluq müayinəsi üçün Zığ ərazisindəki məntəqəyə gedməlidir:
“ Məsələ bu yerə çatanda mən xahiş etdim ki, xəstəyəm məni evə çatdırın, sonra nə işiniz var görün. Mənimlə razılaşmayan DYP əməkdaşları az sonra zor işlətməyə başladılar. Yalvarışlara, ana fəryadına məhəl qoymadılar.

Məni sürüyüb maşından yerə saldılar və döydülər. Elə oradaca halım pisləşdi, üstümə təcili yardım çağırıldı. Nəticədə həkim xəsarət almağım barədə rəy verdi. Sonralar öyrəndim ki, həmin gecə maşınımızda olanların hamısını Zığa müayinə məntəqəsinə aparıblar. Müayinə zamanı sürücüdə sərxoşluq aşkar edilməyib”.
Qadın sözlərinin davamında bildirir ki, onları  avtomobildən aşağı salan yol polis idarəsinin əməkdaşı təhqiramiz ifadələr işlətdikdən sonra maşını əllərindən alaraq aparmışdır. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Fəxrəndə Əhmədova bir neçə cərimə dayanacağına baş çəksə də,

“ 10 GH 273” dövlət nömrə nişanlı maşını hələ də tapa bilmir. Yol polisi tərəfindən döyülən və təhqir olunduğunu bildirən  55 yaşlı Azərbaycan xanımı fəryad qoparır və yuxarı təşkilatlardan, eləcə də bir başa Daxili İşlər Naziri Ramil Usubovdan kömək diləyir.
P.S Ərizədə yazılan faktlara aydınlıq gətirmək məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz boşa çıxdı. Mövzuya qayıdacayıq… (İrevan-Press.com)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın