Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / “Tofiq Yaqublu ilə Yadigar Sadıqov AXCP-yə üz tutacaqlar”

“Tofiq Yaqublu ilə Yadigar Sadıqov AXCP-yə üz tutacaqlar”

Tofiq Yaqublu ilə Yadigar Sadıqov həbs olunanda Müsavat Partiyası siyasi müxalifətin avanqardı idi. İndi isə vəziyyət kökündən dəyişib. Yeni başqanın köhnə ilə əl-ələ verib yeritdiyi xətt Müsavat Partiyasını yaman günə qoyub. Və indi Müsvatın əzəməti haqqında keçmiş zamanda danışmaq lazım gəlir…

Tofiq Yaqublu və Yadigar Sadıqov üçün psixoloji baxımdan bu daha ağrılıdır. Dağ qoyub getdiklərini təpə görmək zorunda qalıblar…

Onlar parçalanmış Müsavat Partiyasını yenidən bir araya gətirə bilərlərmi? Nəzəri baxımdan hər iki tərəfdə belə bir istək olsa, mümkündür. Amma bir çayda iki dəfə cimmək çətin məsələdir. Çünki görünən və görünməyən çox şey dəyişib…

Ona görə də düşünürənm ki, Tofiq Yaqublu və Yadigar Sadıqov tezliklə Müsavat Partiyasından gedəcəklər. Obrazlı şəkildə desək, onlar böyük balıqlardır və Müsavat adlı akvariumda xırda balıqlarla birgə yanbayan üzməyə hövsələləri çatmayacaq…

Ehtimal edirəm ki, Tofiq Yaqublu, elə Yadigar Sadıqov da AXCP-yə üz tutacaqlar. Əslində onların başqa seçimi də qalmayıb. Təbii ki, Əli Kərimli onları ən yüksək statusda AXCP-yə qoşulmağa dəvət edəcək. AXCP sədri belə məsələlərdə tərəddüd etmir…

Tofiq Yaqublu ilə Yadigar Sadıqovun Müsavat Partiyasından getməsi isə bu partiyanın iflasını birmənalı olaraq rəsmiləşdirəcək…

Çox istərdim ki, onlar parçalanmış Müsavat Partiyasını yendiən bir araya gətirmək üçün ciddi addımlar atsınlar. Ən azı tarixdə bu fakt qalsın ki, sərsəm ambisiyalrın güdazına getmiş Müsavat Partiyasını bir araya gətirmək üçün göstərilmiş sonuncu cəhd də uğursuz oldu…

Elbəyi Həsənli, İsveçrədə mühacirətdə olan tanınmış jurnalist

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …

Bir cavab yazın