Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / TİBB UNİVERSİTETİNİN PROFESSORU ŞAHBAZ ŞAHBAZOVUN “FƏALİYYƏTİNDƏN” ZƏRƏRÇƏKƏNLƏR DANIŞIR – VİDEO+FOTO

TİBB UNİVERSİTETİNİN PROFESSORU ŞAHBAZ ŞAHBAZOVUN “FƏALİYYƏTİNDƏN” ZƏRƏRÇƏKƏNLƏR DANIŞIR – VİDEO+FOTO

Bir neçə gündür ki, “Nigar” klinikası ətrafında yaşanan qalmaqal medianın gündəmini ən çox məşğul edən mövzulardandır. Qeyd edək ki, bu mövzunu ilk olaraq mediaya Azərbaycan Tibb Universitetinin “Ginekologiya” kafedrasının əməkdaşı, professor Şahbaz Şahbazov çıxardı və verdiyi müsahibədə bildirdi ki, ona məxsus olan klinikaya basqın olub, adını çəkdiyi konkret şəxslər onu və klinikanın həkim personalını iş yerinə buraxmır. Təəssüflər olsun ki, Şahbaz Şahbazovun irəli sürdüyü iddialarla bağlı təqdim edilən məqalədə qarşı tərəfin fikirlərinə yer verilməmişdi, ictimailəşdirilən  jurnalist məhsulunda obyektivlik çatmırdı.

 

Azinforum.az İnformasiya Portalı olaraq, biz Şahbaz Şahbazovun irəli sürdüyü iddialar ətrafında obyektiv jurnalist araşdırması aparmaq qərarına gəldik. Məlum oldu ki, professor Şahbazovun basqınçı qiyafəsində təqdim etdiyi şəxslərlə o uzun müddət bir yerdə çalışıb. Onlardan biri İlham Məmmədovdur. Bu şəxs Şahbaz Şahbazovun da təsisçilər sırasında yer aldığı “Riyad-Renta” şirkətinin yaradıcılarından və həmin şirkətdə payı olan şəxsdir. İlham Qurbanov adlı ikinci şəxs isə Şahbazovun adını hallandırdığı şirkətlərin təsisçilər şurasının sədri Əliyev İlqar Aqil oğlunun səlahiyyətli nümayəndəsi və vəkilidir. Sözügedən şəxslər bizə verdikləri açıqlamada bildirdilər ki, vəziyyət heç də Şahbazovun təqdim etdiyi kimi olmayıb. “Nigar” klinikasının fəaliyyəti oranı idarə etmək hüququna malik olan şirkət tərəfindən dayandırılıb. Səbəb kimi klinikanın fəaliyyəti və orada törədilən bir sıra qanunazidd əməllərlə bağlı İlqar Aqil oğlu Əliyevə edilən çoxsaylı şikayətlər olub. Şahbaz Şahbazovun verdiyi açıqlamada eyni zamanda qeyd edilirdi ki, onun əleyhinə heç bir aidiyyəti olmayan adamlar vasitəsilə “donoslar” yazdırırlar. O, bu xüsusda Məmmədov qardaşlarının adını hallandırıb. Həmin qardaşlardan biri olan Azad Məmmədov bizimlə söhbətində bildirdi ki, “Nigar” klinikasının yerləşdiyi mülkün sahibi onların ailəsi olub. Sonradan Şahbaz Şahbazov müxtəlif nüfuzlu şəxslərin adı ilə onların ailəsinə təzyiq edərək, həmin mülkü əllərindən alıb. Nəticədə ailəyə əvvəlcədən razılaşdırılan məbləğin yarısı verilib. “Nigar” kilikasının yerləşdiyi binaya “Xəzər-M” MMC fasitəsilə sahib olan qardaşların və bütün ailənin başına gətirilənlərlə bağlı təqdim etdiyimiz vedeomüsahibə vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, “Riyad-Renta” şirkətinin səlahiyyətli şəxsləri tərəfindən bizə Şahbaz Şahbazovla bağlı onlara ünvanlanan çoxlu sayda materiallar təqdim edildi. Həmin materiallarla tanış olan zaman məlum oldu ki, müxtəlif sahələr üzrə professor Şahbazovun əməllərindən narazı qalan vətəndaşlar sözügedən şirkətin rəhbəri İlqar Əliyevə şikayətlər ünvanlayıblar. Bizə həmçinin məlum oldu ki, vətəndaşlar deyilən məzmunlu şikayətləri şirkət rəhbərliyilə yanaşı, eyni zamanda, hüquq- mühafizə orqanlarına və ölkə rəhbərliyinə də göndəriblər.
Azinforum.az şikayətdə adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə apardığımız araşdırma nəticəsində “Riyad-Renta” şirkəti tərəfindən bizə təqdim edilən şikayətləri və videomaterialları oxucularla bölüşmək qərarına gəlib. Həmin materiallarla tanış olandan sonra məlum olur ki, elə də böyük tibb ocağı, səhiyyə təqdiqat mərkəzi olmayan bir tibbi klinikada talesemiya xəstəliyinin müalicəsi , süni mayalandırma kimi asan olmayan tibbi proseslərin aparılması adı ilə vətəndaşları cəlb ediblər. Sonda aldandıqlarını aşkar edən vətəndaşlar bir neçə instansiyaya müraciət etməli olublar. Onlar bütün şikayətlərində qeyd edirlər ki, deyilən proseslərin hamısına Şahbaz Şahbazov rəhbərlik edib.

 

Vətəndaş Ayarmak (Hüseynova) Ervina Qara qızı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladığı şikayət ərizəsində bildirir ki, o, “Nigar” klinikasına rəhbərlik edən Şahbaz Şahbazov tərəfindən süni mayalanma müalicəsi yolu ilə dünyaya övlad gətirəcəyi adı ilə aldadılıb və ortada heç bir nəticə olmadığı səbəbindən ona külli miqdarda ziyan dəyib. Həmin vətəndaşın şikayətinin tam mətni ilə aşağıda təqdim etdiyimiz videomaterial vastəsilə tanış ola bilərsiniz. İndi isə Ayarmak( Hüseynova) Ervinanın ölkə başçısına ünvanladığı şikayətindən bəzi ştrixləri təqdim edirik:

“Cənab Prezident!
Sizə müraciət edərək bildirirəm ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq üçün radio, televizor və müxtəlif reklam broşurları, bukletləri, vizit kartları vasitəsi ilə geniş şəkildə hər yerdə, o cümlədən müxtəlif klinikalarda gedən reklam və təbliğatlara, verilən məsləhətlərə əsaslanaraq 2014-cü ildə iyul ayının 15-də, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Nigar” klinikasına getdiyimi və bu sahənin Azərbaycanda ən güclü mütəxəssisi kimi qeyd olunan reklamlarda vurğulanan, “Nigar” Klinikasının baş həkimi, sahibi Tibb Universitetinin professoru Şahbaz Şahbazova müraciət etdim.
“Nigar” Klinikasında suni-mayalanmanı Şahbaz Şahbazovun oğlu Vüqar Şahbazlının dəvəti və təşkilatçılığı ilə Turkiyədən klinikaya gəlmiş Türkiyəli həkim ginekoloq Rəcayi Popuççunun rəhbərliyi altında onunla birgə gəlmiş və klinikada aktiv fəaliyyət göstərən bir qrup embrioloqların (tüb bebek,EKO süni mayalanma) vasitəsi ilə hayata keçirtdiyini, həmin qrupun tərkibində Ankara embrioloji klinikanın rəhbəri embrioloq, Semra Sərtyelin və Semra Sərtyelin Burak adlı kordinator-embrioloq qardaşının olduğunu əks etdirmişdim…
…Axırda söhbət süni mayalanma aparmaq üçün Şahbaz həkimlə aparıldı və Şahbaz Şahbazov türk həkim-embrioloq Burakla birgə məndən ödənişin yalnız xarici pul vahidi avra ilə ediləcəyini vurğulamaqla yanaşı məndən 7000 (yeddi min) avro ödənilməsini tələb etdilər.
Mən o məbləği əvvəlcə 3500 (üc min beş yüz) avro, bir aydan sonra isə 3500 (üc min beş yüz) avro, əlavədə həyat yoldaşımdan gizli şəkildə 4000 (dörd min), ümumi şəkildə 11000(on bir min) avro ödədikdən sonra, onlardan qəbz tələb etdikdə, səni Ankaraya göndərəcəyik dedilər. İki ildən artıqdır ki, nə Ankaraya göndərdilər nə də ki, ödədiyim məbləği geri qaytarırlar…
…Qeyd olunan dəstənin saxtakarlığı və dələduzluğu nəticəsində məsuliyyətdən yayınmaq üçün özünün hər hansı bir mümkün təhlükədən sığortalanması məqsədi ilə camaatın gözünü qorxuzmaq üçün bu əməllərində tez-tez İlqar Əliyevin adından istifadə etdiklərinə görə mən məcburiyyət qarşısında qalaraq bu məsələ ilə bağlı yazılı şəkildə ərizə ilə İlqar Əliyevə müraciət etdim.
Onun tərəfindən mənə verilən cavabda aidiyyəti hüquq – mühafizə, Respublika Prezidenti, zərurəti olunan Dövlət Təşkilatlarına müraciət etməyim tövsiyyə olunmuşdur.
Bundanda irəli gələrək mən həyat yoldaşımla birgə tərtib etdiyimiz şikayət ərizələri ilə Respublika Prezidentinə, Hüquq-mühafizə orqanlarının və müvafiq nazirlik,təşkilatların rəhbərlərinə şikayət ərizələri ilə adımdan müraciət etdik…”

s3

s4

Şahbaz Şahbazovun əməlindən zərər çəkdiyi iddiası ilə Prezident İlham Əliyevə şikayət ünvanlayanlardan biri də , Şərur rayonun Zeyvə kəndində anadan olmuş

İmanov Elxan Rəşid oğludur.

Biznes fəaliyyətilə məşğul olan bu şəxsin də etdiyi müraciətin video variantını aşağıda təqdim edəcəyik. Şikayətçinin ölkə başçısına ünvanladığı məktubdan bəzi detallara nəzər yetirək:

“Cənab Prezident!

Müraciətimlə Sizə bildirirəm ki özünü görkəmli akademik mərhum Əliyev Aqil Əlirza oğlunun və övladı Əliyev İlqar Aqil oğlu ilə sıx əlaqədə olduğunu, onların güya şəxsi həkimi olduğunu, bütün işlərdə Əliyev İlqar Aqil oğlu ilə əlbir olduğunu və Əliyev İlqar Aqil oğlunun rəhbərlik etdiyi şirkətin fəaliyyətini məhz şəxsən onun tərəfindən həyata keçirən kimi bizim qarşımızda özünü nümayış etdirən, , Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində, Çobanzadə küçəsi 2405 ünvanında yerləşən “NİGAR” klinikasının rəhbəri, Azərbaycan Tibb Universitetinin “Ginekologiya” kafedrasaının müdiri, Şahbazov Şahbaz Qara oğlu İlqar  Əliyevin adından istifadə edərək, hədə-qorxu gələrək dəyəri 200 000(iki yüz min) ABŞ dolları olan bizə məxsus mərməri mənimsəmişdir. Onun bu kimi əməllərinə görə hər ikimiz, yəni mən və Hüseyn böyük məbləğlərdə maddi ziyana düşdük, çünki mərmərin alınıb Bakıya çatdırılması üçün külli miqdarda borca pul götürdük, hazırda pul borcu olduğuna görə Xətai rayon məhkəməsinin qərarı ilə məni 6 baş ailə üzvü (həyat yoldaşım və beş uşaq) ilə birlikdə yaşadığımız evdən çölə çıxatdıblar…
…Yaranmış vəziyyətlə bağlı mən məktubla İlqar Əliyevin özünə müraciət etdim. Lakin İlqar Əliyev tərəfindən mənə çatdırılan cavabdan məlum olmuşdur ki, həmin mərmərin İlqar Əliyevə heç bir aidiyyəti yoxdur, ümumiyyətlə mərmər barədədə heç bir bilgiyə malik deyil. Şahbaz Şahbazovun və Alpərin dələduzluqları, cinayətxarakterli əməlləri barədə Respublika Prezidentinə, aidiyyəti üzrə hüququ-mühafizə orqanlarına, və müvafiq nazirlik,təşkilatların rəhbərlərinə müraciət etməyimiz tövsiyyə olundu.
İlqar Əliyevin tövsiyyəsinə əsasən ilk növbədə 2016-cı ilin mart ayında Qaradağ rayon polis idarəsinə, Respublika Prezidentinə, Hüquq-Mühafizə orqanlarının və müvafiq nazirlik, təşkilatların rəhbərlərinə şikayət ərizələri ilə mənim adımdan müraciət etdik.
Aidiyyəti üzrə etdiyimiz müraciətlər, həmçinin Qaradağ rayon polis İdarəsində toplanmış materiallar araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir…

Hörmətli cənab Prezident !

Mən sizi Azərbaycan xalqının çox ədalətli və xeyirxah bir böyük rəhbəri, ağsaqqal kimi səmimi qəlblə qəbul edirəm və inanıram ki, Siz haqq və ədalətli qərar verib bizə hərtərəfli köməklik edəcəksiniz…
…Verdiyim şikayət ərizəmlə bağlı araşdırmanın tam obyektiv aparılmasına, digər şahidlərin dindirilməsinin təmin edilməsinə, bundan da irəli gələrək Şahbaz Şahbazovun, Alpərin və iranlı Şahindən ibarət mütəşəkkil dəstənin qanunsuz əməllərinə qanun çərçivəsində qiymət verilməsi üçün zəruri tədbirlərin və aidiyyəti olan hüquq-mühafizə orqanlarına müvafiq tədbirlərin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirəm!”

 

s6
“Nigar” klinikasında aldadıldığı iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edən Abşeron rayon sakini Salmanov Samir Ziyadxan oğlu isə bildirir ki, onlar şəhərdəki reklamlara inanaraq talesemiya xəstəsi olan övladlarının müalicəsi üçün “Nigar” klinikasına müraciət ediblər. İxtisasca həkim olan şikayətçi bildirir ki, ondan övladının müalicə olunacağı adı ilə müxtəlif vaxtlarda üst-üstə 11 min manat ekvivalentində pul alıblar. Şikayətçi qeyd edir ki, bütün ödənişlər də xarici valyuta ilə edilib. Ailə vəziyyətinin olduqca ağır olduğunu bildirən şikayətçi qeyd edir ki, həmin pulları bankdan kreditlə götürüb və hal- hazırda buna görə pul ödəməlidir. Son nəticədə məlum olub ki, o, Şahbaz Şahbazov tərəfindən aldadılıb. Salmanov Samir qeyd edir ki, sonrakı araşdırmaları nəticəsində dəqiq faktlar əsasında müəyyən edib ki, Şahbaz Şahbazovun rəhbərlik etdiyi klinika 22 ay lisensiyası ləğv olunmuş şəraitdə fəaliyyət göstərib. Sözügedən şəxs bütün sadalananları rəhbər tutaraq, əlaqədar qurumlardan ona dəymiş maddi ziyanın ödənilməsini və Şahbaz Şahbazovun cəzalandırılmasını tələb edir.

 

samir-talesimiya

                         Foto – Salmanov Samir Ziyadxan oğlu

İxtisasca heykəltaraş olan Bakı şəhəri Q.Quliyev küçəsi 8 mənzil 138-də yaşayan
Salmanov Fərhad Məmmədağa oğlu da şirkətin rəhbəri İlqar Əliyevə etdiyi müraciətdə Şahbaz Şahbazov tərəfindən aldadıldığını bildirir. Şikayət bir qədər həsas mövzunu əhatə etdiyi səbəbindən Azinforum.az olaraq mövzunu əhatə edən detalları incəliyi ilə təqdim etməmək qərarına gəldik. Son nəticədə Rəssamlar İttifaqının üzvü olan şikayətçi bildirir ki, Şahbaz Şahbazovun ona 2 min 600 manat borcu qalıb. Ağır şəkər xəstəsi olan şəxs şirkət rəhbərliyindən xahiş edir ki, həmin pulun Şahbaz Şahbazovdan alınıb ona verilməsinə köməklik etsinlər.

 

sam_3745

                  Foto- Salmanov Fərhad Məmmədağa oğlu

Bizə təqdim edilən materiallardan görünür ki, Şahbazovdan şikayətçi olanların arasında əcnəbi vətəndaşlar da var. Yaşar Babataş adlı türk vətəndaşı həm şirkətin rəhbəri İlqar Əliyevə, həm də, daxili işlər naziri və baş prokurora ünvanladığı şikayətdə bildirir ki, 2012-ci ildə professor ondan söz verdiyi işi görəcəyi adı ilə 40 min ABŞ dolları alıb və nəticədə heç nə etməyib. Sonra isə onu hədələyib ki, bu barədə şikayət edəcəyi təqdirdə onu həbs etdirəcək.

 

s9

s7

s8
Redaksiyadan: Azinforum.az İnformasiya Portalı olaraq bildiririk ki, bizim fəaliyyətimiz şəffaf jurnalistika prinsipləri üzərində qurulub. İstənilən mövzu ilə bağlı balanslı informasiya verməkdə maraqlıyıq. Bu mövzuya baş vurmağımız da “Nigar” klinikası ilə bağlı yayılan xəbərlərə tam aydınlıq gətirmək istəyindən irəli gəlib. Məqalənin əvvəlində də qeyd etdik ki, Şahbaz Şahbazovun həmin xüsusda təqdim etdiyi informasiya birtərəfli, qarşı tərəfin rəyini nəzərə almadan dərc edilib. “Riyad-Renta” şirkətinə müraciət edən zaman rastlaşdığımız mənzərə və vətəndaşların kütləvi şəkildə professor Şahbaz Şahbazovdan şikayət etməsi bizi təəccübləndirdi. Məhz bu səbəbdən də, kütləvi şəkildə aldandıqları iddiası ilə əlaqədar qurumlara müraciət ünvanlayan vətəndaşların məsələsini ictimailəşdirmək qərarına gəldik. Təbiidir ki, bu yazını Şahbaz Şahbazovun mövqeyini dinləmədən yayınlamaq fikrində deyildik. Özünü həkim və “Nigar” klinikasının sahibi kimi təqdim edən, Şahbaz Şahbazovun xanımı gecə saatlarında redaksiyamızın saytda göstərilən əlaqə nömrəsinə zəng vurub yazılanlarla bağlı ailəsi adından mövqe bildirib. Arzu Şahbazova saytımıza apardığımız obyektiv araşdırmaya görə təşəkkür edib: “Mən sizdən çox razıyam. Yaxşı ki sizin kimi jurnalistlər var. Çünki siz həmin materialları təqdim etməklə bizə böyük köməklik göstərmiş oldunuz. Bizim barəmizdə deyilənlərlə razılaşmıram. Sayt olaraq bilməlisiniz ki, sizə təqdim olunan sənədlərə vurulan möhürlər bizə məxsusdur. Onlar klinikadan götürülüb. Bütün məsələlərlə bağlı əlaqədar qurumlara müraciət etmişik. Mən sizi klinikamıza dəvət edirəm. Ancaq bir iradım var, Şahbaz Şahbazovun çox pis şəklini veribsiniz, ağzı açıq düşüb. Mənim həyat yoldaşım çox tanınmış bir ziyalıdır. Araşdırsanız görərsiniz”.
Arzu xanımın nəzərinə çatdırırıq ki, saytımızda təqdim olunan Şahbaz Şahbazovun şəkilini biz çəkməmişik. Həmin fotonu həyat yoldaşınız Eynulla Fətullayevin saytlarına müsahibə verən zaman çəkdirib. Qeyd etmək istəyirik ki, biz bu mövzunu araşdırana kimi doğrudan da Şahbaz Şahbazovu tanımamışıq. Bu mövzu ilə bağlı apardığımız jurnalist təqdiqatı zamanı onu yaxından tanımaq imkanına sahib olduq.

Azinforum.az-ın Araşdırma Qrupu

P.S. Ümid edirik ki, məqalədə bəhs edilən konkret faktlarla bağlı əlaqədar hüquq-mühafizə orqanları lazımi araşdırmalar aparacaqlar.

P.P.S. “Riyad-Renta” şirkətindən bizə bildirdilər ki, onların rəhbərliyi altında fəaliyyət göstərən hər hansı subyektdə kimlərəsə Şahbaz Şahbazovun əməlləri nəticəsində zərər dəyibsə, bu barədə sözügedən qurumun rəsmisi ALİM HÜSEYNOVLA 050-220-03-81 nömrəli telefon vasitəsilə  əlaqə saxlasınlar. Edilən şikayətlər ətraflı araşdırılacaq və həmin ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

 

QEYD: Ölkə rəhbərliyinə və digər instansiyalara şikayətçilərin  ünvanladığı videoçəkilişlər redaksiya tərəfindən aparılmayıb.

 

 

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …

Bir cavab yazın