Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / TƏRTƏRLİ JURNALİST DEPUTAT  SAHİB ALIYEVİ HƏQİQƏTİ GİZLƏTMƏKDƏ İTTİHAM ETDİ

TƏRTƏRLİ JURNALİST DEPUTAT  SAHİB ALIYEVİ HƏQİQƏTİ GİZLƏTMƏKDƏ İTTİHAM ETDİ

Millət vəkili Fazil Mustafa Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətindən gileylənərək onu bu region üçün böyük təhlükə adlandırmışdı. Sözügedən regiondan seçilən millət vəkili Sahib Alıyev isə “Şərqə” açıqlamasında həmkarının fikirləri ilə razılaşmadığını bildirib. Parlament üzvü qeyd edib ki, hazırda Tərtərdə böyük quruculuq işləri aparılır.

Azinforum.az yaranmış təzadlı fikirlərə tam  aydınlıq gətirmək üçün əslən  Tərtər rayonundan olan tanınmış  jurnalist Könül Quliyeva ilə əlaqə saxlayıb. Qeyd edək ki, Könül Quliyeva son parlament seçkilərində məhz həmin rayondan deputatlığa namizəd olub.  Könül xanım Azinforum.az-a açıqlamasında bildirdi ki, Fazil Mustafanın Tərtərlə birbaşa əlaqəsi olmasa da, o,  həmin rayonda çox hörmətə və nüfuza sahibdir:

“BQB-nin Tərtər təşkilatının sədri Zülfüqar bəyin haqsız həbsi ilə bağlı deyilənlər də həqiqəti tam əks etdirir. Əksər sakinlərimiz bu həbsi qanunsuz və ədalətsiz hesab edir. O ki qaldı Fazil bəyin rayonda gördüyü və eşitdiyi fikirləri gündəmə gətirməsinə, bunu bir tərtərli kimi tam alqışlayıram. Mövcud problemləri və əhalinin düşündüklərini ədalətli və cəsarətli şəkildə gündəmə gətirib. Sahib Alıyev hal-hazırda Tərtər rayonunun deputatı olduğu üçün onun icra başçısının mövqeyindən çıxış etməsi də anlaşılandır. Ola bilsin şəxsi və siyasi münasibətlər Sahib bəyə imkan vermir ki, problemləri səsləndirənləri dəstəkləsin. Tərtər rayonu öz strateji mövqeyinə görə çox mühüm bir ərazidə, düşmənlə təmas xətində yerləşir. Əlbətdə,  ora diqqət daha çox olmalı və əhalinin qarşılaşdığı problemlər ciddi şəkildə gündəmə gətirilməlidir. Bu baxımdan da, öz müşahidələrimə əsaslanaaraq  deyə bilərəm ki, əhalinin məşğulluq problemlərindən tutmuş, yerli məmurların  sakinlərə münasibətinə qədər xeyli problemlər var. Bu problemlər həllini tapmadıqca, sərhəddin bir addımlığında xoşagəlməz olaylar yaşana bilər. Əhalinin yerli idarəçilərdən narazılığı həddindən artıq çoxdur. Medianın bu məsələləri obyektiv gündəmə gətirməsi onların həllinə yardımçı ola bilər. Tərtərdə problemlərlə yaxından tanış olmaq istəyən şəxslərə burdan müraciət edirəm. Real vəziyyətlə bağlı şübhəniz varsa, sosial şəbəkələrdə fəal olan Tərtər sakinlərindən xahiş edin sizə istədiyiniz bilgiləri versin. Mobil telefon vasitəsilə həmin  küçələrin videoçəklişlərini, şəkillərini əldə etmək çox asandır. Bunun üçün heç də, Tərtərə  getməyə lüzum yoxdur.  Tərtərlilərlə aparacağınız 5 dəqiqəlik söhbət bəs edir ki,  real vəziyyətlə obyektiv tanış olasınız. Ölkə rəhbərliyini də, bu həssas dönəmdə Tərtər rayonundakı vəziyyətə diqqət ayırmağa çağırıram”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …

Bir cavab yazın