Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Siyavuş Novruzov “Fədai” oldu – FOTOLAR

Siyavuş Novruzov “Fədai” oldu – FOTOLAR

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə təntənəli yubiley tədbiri keçirilib.
Müdafiə Nazirliyinin rəsmilərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, Müharibə veteranlarına və vətənpərvər ictimai təkilat rəhbərlərinə “FƏDAİ” Medalları təqdim olunub. İlk medal isə, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevə təqdim edilib.
Təltif edilənlər arasında Azərbaycanda vətəndaş cəmiyətinin inkişafında və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında və müharibə veteranlarının, şəhid ailələrinin sosial problemlərinin həllində yaxından iştirak edən, veteranların dostu və müharibə veteranı, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da olub.
Qeyd edək ki, bu gün həmçinin Siyavuş Novruzovun doğum günüdür. Millət vəkili 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kolektivi hörmətli millət vəkili Siyavuş Dünyamalı oğlu Novruzovu 47 yaşı tamam olması və həmçinin “FƏDAİ” Medalı ilə təltif olunması münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …

Bir cavab yazın